PDF Oxu

Dünya

  • 2 255

Suriyada hökumət qüvvələrinə dəstək üçün əsgər göndərilir

Suriyada hökumət qüvvələrinə dəstək üçün əsgər göndərilir

İranın dəstəklədiyi qruplar İraq üzərindən Suriyada silahlı qruplarla toqquşan hökümət qüvvələrinə dəstək üçün əsgər göndərir. SİA xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, İranın dəstəklədiyi qruplar günlərdir İraq üzərindən Suriyadakı hökumət qüvvələrinə dəstək verməyə gedir.

Dəstək qüvvələri hər gün təxminən 50 avtomobillə Suriya-İraq sərhədindəki Əlbukamal rayonundan Suriyaya daxil olur.

Bu qruplara Zeynəbiyyun və Fatimiyyun briqadaları, həmçinin İran İnqilabı Mühafizləri Korpusları da daxildir.

Dəstək bölmələrindəki döyüşçülərin sayının ən azı 400 nəfər olduğu bildirilir.

Qeyd edək ki, hökumət əleyhdarı qruplar Hələbdəki qarşıdurmalar zamanı İran və İranın dəstəklədiyi bəzi döyüşçüləri əsir götürmüşdü.

İranın dəstəklədiyi qruplar

Suriyada hökumət qüvvələri ilə birgə hərəkət edən İranın dəstəklədiyi qruplar arasında Fatimiyyun və Zeynəbiyyun briqadaları seçilir.

İran ordusu 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində rejimə dəstək vermək üçün tamamilə əfqanlardan ibarət Fatimiyyun briqadası yaradıb.

Suriyadakı rejimə dəstək verən Zeynəbiyyun briqadasının üzvləri məzhəb və ya siyasi səbəblərlə Pakistanı tərk edərək bu ölkədən təhsil üçün İrana gedən və Qum və Məşhəd kimi şəhərlərdə mədrəsə təhsili alan pakistanlı şiələrdən ibarətdir.

İranın dəstəklədiyi qruplaşmalar Suriyanın Deyr əz-Zor əyalətinin mərkəzində, Meyadin, Muhasan və Bukemal rayonlarında və Suriya-İraq sərhəd xəttində güclü mövqeyə malikdir.

Sözügedən qruplara İran İslam İnqilabı Mühafizləri Korpusunun sahədəki komandirləri rəhbərlik edir.

Digər xəbərlər

Liviyada müsəlmanlara Nike məhsullarından istifadə qadağan edilib
Liviyada müsəlmanlara Nike məhsullarından istifadə qadağan edilib

Qadağa şirkətin loqosunda qədim yunan bütpərəstliyinə istinad edilməsindən irəli gəlir...

Kreml sökülməli olacaq...
Kreml sökülməli olacaq...

Sankt-Peterburqdan da danışmaq istərdinizmi?

Trampın vətəndaşlığını ləğv etmək istədiyi Konqres üzvü...
Trampın vətəndaşlığını ləğv etmək istədiyi Konqres üzvü...

...İlhan Ömər beşinci müddətə yenidən seçilib...

Ben Hodjes: Düşünürəm ki, Tramp rüşvət alıb
Ben Hodjes: Düşünürəm ki, Tramp rüşvət alıb

General ABŞ prezidentini Putindən asılı olmaqda ittiham edib...

Putinin təsirinə üçqat zərbə...
Putinin təsirinə üçqat zərbə...

Kremlin Serbiya, Macarıstan və Rumıniyadakı müttəfiqlərinin məğlubiyyəti Moskvanı Avropadakı dayaq nöqtəsindən məhrum etdi...

The Economist: Trampın alçaldılması Amerika üçün yeni imkanlar açır
The Economist: Trampın alçaldılması Amerika üçün yeni imkanlar açır

Seçicilər Vaşinqtonun işinə yeni yanaşma tələb edirlər...

Rusiya FSB-ni terror təşkilatı kimi tanıtmaq üçün hər şeyi edəcəyik...
Rusiya FSB-ni terror təşkilatı kimi tanıtmaq üçün hər şeyi edəcəyik...

Rusiyanın işğal olunmuş Ukrayna ərazilərindəki cinayətləri Londonda müzakirə olunub...

Rus şamanları arasında böyük qalmaqal yaranıb...
Rus şamanları arasında böyük qalmaqal yaranıb...

Rusiya Federasiyası müharibədə qalib gəlmək üçün 60 dəvəni qurban vermək istəyir...

Obamanın şəxsi qələbəsi
Obamanın şəxsi qələbəsi

Əsas məsələ iki ay ərzində aydın olacaq...