PDF Oxu

Dünya

  • 1 344

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

image

Dekabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların müraciətləri, əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.

Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaq. Qəbulda iştirak edən keçmiş məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını və o yerlərin dirçəldilməsinə töhfə verəcəklərini bildiriblər.

Eyni zamanda, qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri qrafikə uyğun aparılır, soydaşlarımızın rahat və təhlükəsiz yaşayışının təmin olunması üçün bütün zəruri tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini daim diqqətdə saxladığı qeyd olunub.

Digər xəbərlər

"Rusiya Çinə neft və qaz tədarükü üzrə birinci yeri tutub"

Rusiya prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə videobağlantı vasitəsilə görüş keçirib.

İran iqtisadi sanksiyaların aradan qaldırılması üçün danışıqlara hazırdır

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə...

Türkiyənin ABŞ-a ixracı artıb

Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə 1 milyard 256 milyon dollarla ABŞ olarkən, bu ölkəyə ixrac 13 milyard dolları keçib.

Quterreş bəyanat verib

Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrail-Fələstin problemi ilə bağlı yüksək səviyyəli sessiyasında çıxış edib.

Boluda baş verən yanğında 66 nəfər həyatını itirib

Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada bildirib...

Ersin Tatar Nikos Xristodoulides ilə görüşüb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum İdarəsinin rəhbəri Nikos Xristodoulides ilə görüşüb.