ABŞ məhkəməsi Florida ştatının Mayami şəhərində iki mənzili müsadirə edib. Ədliyyə Nazirliyi onların 2018-ci ildə Krımda Tavrida şossesinin tikintisinə görə sanksiya siyahısına əlavə edilmiş Rusiya vətəndaşı Viktor Perevalova aid olduğunu iddia edir.
Əmlakın müsadirə edilməsi ilə bağlı iddia 2024-cü ilin fevralında verilib. Qərar 2025-ci il yanvarın 7-dən qüvvəyə minib. Sanksiyaları pozaraq mənzillərin saxlandığı, köçürüldüyü və icarəyə verildiyi bildirilir. İki mənzilin dəyəri 1,8 milyon dollar qiymətləndirilir.
2018-ci ildə ABŞ Maliyyə Nazirliyi Krımda Tavrida magistralının tikintisində iştirak edən Rusiyanın VAD şirkətinə qarşı sanksiyalar tətbiq edib. Şirkətin həmtəsisçiləri kimi qeyd olunan Viktor Perevalov və Valeri Abramov da məhdudiyyətlərə məruz qalıb. VAD şirkətinin internet saytında cənab Abramov baş direktor, cənab Perevalov isə baş direktorun birinci müavini kimi göstərilib. 2018-ci ildə hər ikisi Forbes-in “Dövlət Satınalmalarının Kralları” reytinqinə daxil edilib.
AYSEL
Tramp “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb
Rusiya superkompüterləri köhnəlmiş qrafik prosessorlarında işləyir, çünki onlar süni intellektin inkişafı üçün qabaqcıl çiplərdən məhrum ediliblər...
Putin rejimi özünü tükətdi...
Bu tarix ABŞ-ın hazırkı prezidentini “ömrü boyu” “təqib etməlidir”...
Hərbi ekspertin Rusiyanın Xarkov bölgəsindəki planlarının pozulması ilə bağlı fikirləri...
Matviyenko gəlirlərini gizlədənlər üçün icbari tibbi sığortanın ödənilməsini təklif etdi...
Qərb orduları öz yanaşmalarını yenidən nəzərdən keçirməli olacaqlar..?
Əvvəllər bu siyasətçilər gələcək prezidentlik yarışında favorit idilər...