Çinin Zəlzələ İdarəsi Tibet Muxtar Bölgəsində zəlzələnin baş verdiyini bildirib. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. Zəlzələnin maqnitudasının 5,0 olduğu qeyd edilir.
Yeraltı təkanlar Şiqatse prefekturasının Tinqri dairəsində qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Departamentin əlavə etdiyi kimi, bu təkan ilk deyil - daha əvvəl eyni ərazidə daha bir zəlzələ baş vermişdi.
Həmin vaxt onun maqnitudası 4,9 olub.
Bundan əvvəl Yaponiyada 6,9 bal gücündə zəlzələ baş vermişdi.
Nazlı Almuradova
Müharibə xərcləri artır...
Bu gün əsas sual yeni dünya nizamının qaydalarını və konturlarını kimin müəyyən edib formalaşdıracağıdır...
Əsir götürülmüş işğalçılar rus ordusunun gündəlik həyatı ilə bağlı şok faktlar danışdılar...
Əfsanəvi zabit onları sakit qalmağa çağırdı...
Bu dəfə təkcə sanksiyalar kifayət etməyə bilər...