Etirazçılara ölkə prezidenti dəstək verib
Tbilisidə yeni parlament seçkilərinin keçirilməsi və saxlanılan etirazçıların azad edilməsi tələbi ilə genişmiqyaslı tətil keçirilir. SİA-nın məlumatına görə, İnterpress News xəbər verir ki, tətilə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də qoşulub.
Aksiyanın məqsədi təkcə hakimiyyətə təzyiq göstərmək deyil, həm də ölkənin Avropa İttifaqı ilə inteqrasiyadan imtina etməsi səbəbindən təcrid olunacağı təqdirdə onun üçün mümkün nəticələri nümayiş etdirməkdir.
...İqtisadi durğunluq, bağlanan müəssisələr, yoxsulluq və işsizlik. Həm təhdidlər, həm də həll yolları hamı üçün ümumidir: yeni seçkilər və saxlanılanların azad edilməsi...
Bu, təşkilatçılar tərəfindən yayılan bəyanatda deyilir.
500-ə yaxın müəssisə tətilə qoşulub. Respublika meydanında 200-ə yaxın iştirakçı nəqliyyatın hərəkətini kəsib, Çavçavadze prospektində də oxşar aksiyalar keçirilir.
Paper Kartuli-nin məlumatına görə, tətil yerli vaxtla saat 18:00-a qədər davam edəcək.
Etiraz aksiyasında hakimiyyətin tərəfdarı sayılan iş adamı Soso Pxakadzenin holdinqinə məxsus Dunkin and Wendy’s-in filialları da daxil olmaqla iri şirkətlərin əməkdaşları iştirak edir.
Kampaniyada həmçinin Alta əməkdaşları, TBC, Liberty və Credo banklarının əməkdaşları, həmçinin Tegeta Motors və digər şirkətlərin nümayəndələri iştirak edirlər.
Əli Babayev
Yerli məmurlar günah keçisinə çevrilir...
Onlar təhlükəli hesab edilib...
Ukrayna hava hücumları və bu sistemlərin məhv edilməsi Rusiyanın müdafiə sistemini zəiflədir…
Müttəfiqlər Ukrayna Silahlı Qüvvələrinin Afrikadakı hərəkətlərini bəyənirlər...
Əsas siqnallar kuryerlər vasitəsilə ötürülürdü...
Danışıqlar davam edir...
Deyirlər ki, ukraynalıların Liviyada artıq ən azı iki hərbi bazası var...
İrəvan strateji kursu ilə bağlı qərarını verib...
Keçmiş MKİ direktoru Ukraynanın uğurlarından danışıb...