PDF Oxu

Dünya

  • 3 187

ABŞ-ın yeni dövlət katibi bir sıra ölkənin XİN rəhbəri ilə görüşüb

image

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni dövlət katibi Marko Rubio Dördtərəfli Müdafiə Dialoqu (Quad) çərçivəsində Avstraliya, Yaponiya və Hindistanın xarici işlər nazirləri ilə görüşüb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Marko Rubio Yaponiyanın xarici işlər naziri İvaya Takeşi, Avstraliyanın xarici işlər naziri Penni Vonq və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarı Vaşinqtonda qəbul edib.

Danışıqlarda Hind-Sakit okean regionunda təhlükəsizlik, iqtisadi imkanlar və beynəlxalq hüquq kimi məsələlər müzakirə edilib. Dörd ölkə, status-kvonun birtərəfli hərəkətlərlə dəyişdirilməsi cəhdlərinə qarşı olduqlarını bəyan ediblər. Bundan əlavə, AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında nüvə sualtı alyansı) və ikitərəfli müdafiə əməkdaşlığı kimi məsələlər də gündəmə gətirilib.

Quad, 2004-cü ildə humanitar məqsədlər üçün yaradılıb və 2007-ci ildə rəsmiləşdirilib. Alyans əsasən, Çinə qarşı strateji forum kimi fəaliyyət göstərir.

Digər xəbərlər

Husilər Qırmızı dənizdəki əsas neft boğazından uzaqlaşdırılıb

Mokha şəhəri və sahil xətti ölkə hakimiyyətinin nəzarəti altına keçib...

Bu ölkələrin daxili işlər nazirləri təxliyə planlarını müzakirə ediblər

Baltikyanı ölkələr Rusiya Federasiyasının hücumu halında bir milyon insanı Polşaya təxliyə edə bilərlər...

Əsas vəzifə Putinə nəticə verməmək!..

Hər kəs Kremli məğlub etmək üçün çalışa bilər...

Ukrayna ordusunda yeni Belarus xüsusi təyinatlı “Volya” rotası...

Rəhbər zabit vəzifələrini ilk dəfə ölkəmizin vətəndaşları tutacaq...

Putin: Ağıl Rusiyanı anlaya bilməz...

Rusiya Federasiyasının lideri “xüsusi hərbi əməliyyat qəhrəmanları” yetişdirən müəllimlərin mükafatlandırılması mərasimində Tyutçevdən sitat gətirib...

“Biz Birinci Dünya Müharibəsinin təcrübəsindən ilham aldıq”

Rusiyada neft emalı zavodunu dirijablların köməyi ilə qorumaq qərarına gəldilər...