Argentina prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə göstəriş verib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Manuel Adorni bildirib. Onun sözlərinə görə, Mayli xarici işlər naziri Gerardo Verteynə "ölkənin ÜST-də iştirakına son qoymağı" tapşırıb.
Adorni səbəb kimi COVID-19 pandemiyası zamanı səhiyyə siyasətləri ilə bağlı dərin fikir ayrılıqlarını göstərib.
…Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə, o cümlədən sağlamlığımıza müdaxilə etməsinə icazə verməyəcəyik.
Bunu deyən Adorni əlavə edib ki, Argentina ÜST-dən maliyyə almır, ona görə də təşkilatdan çıxmaq ölkə üçün vəsait itkisi ilə nəticələnməyəcək və xidmətlərin keyfiyyətinə təsir göstərməyəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ÜST-dən çıxmaq haqqında fərman imzalayıb. Vaşinqton hesab edir ki, təşkilat səmərəsizdir, siyasi təsir altındadır və ABŞ-dan həddən artıq maliyyə tələb edir.
Əli Babayev
Demokratların qələbəsi Ukrayna üçün nəyi dəyişəcək...
Rusiyanın silinməz rüsvayçılığı...
Ola bilər ki, bu, ABŞ prezidentinin özünün razılığı ilə baş verir...
Səsvermənin nəticələri hazırkı prezidentin müasir Amerika tarixində ən böyük məğlubiyyətlərindən biri oldu və...
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...
Donmuş Sibir kəndində necə yaşayırlar..?