PDF Oxu

Sosial

  • 1 299

Şəxsi evi və kirayəçisi olanlar, bu xəbəri mütləq oxuyun!

Şəxsi evi və kirayəçisi olanlar, bu xəbəri mütləq oxuyun!

Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq. SİA-nın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı ev təsərrüfatlarının uçotu ilə əlaqədar şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik edilib.

Yeni qaydalara əsasən, ev təsərrüfatı üzvlərinin fərdi identifikasiya nömrəsi (FİN) qeydə alınacaq. FİN olmadıqda bu barədə müvafiq qeyd aparılacaq.

Bundan başqa, şəxsin qohumluq əlaqəsi, cinsi, doğulduğu tarix və yer, vətəndaşlığı və milliyyəti barədə məlumatlar şəxsi hesaba daxil ediləcək.

Şəxsin yaşayış yeri ilə bağlı məlumatların qeydiyyatı da dəqiqləşdirilib. Belə ki, yaşayış yeri dedikdə şəxsin həmin ünvanda 12 ay və daha çox müddətdə yaşaması və ya ən azı 12 ay yaşamaq niyyətində olması nəzərdə tutulur.

Yeni qaydalara görə, şəxsin həmin ünvanda qeydiyyatda olub-olmaması, qeydiyyata alındığı il, qeydiyyatda olmadığı halda isə faktiki qeydiyyat ünvanı da göstəriləcək.

Bundan əlavə, yaşayış sahəsinin kirayə götürülməsi zamanı yazılı kirayə müqaviləsinin, yoxsa şifahi razılaşmanın əsas götürüldüyü barədə məlumat qeydə alınacaq.

Qeyd edək ki, dəyişikliklər ev təsərrüfatlarının uçotu zamanı toplanan məlumatların əhatəsini genişləndirir.

Mətləb

Digər xəbərlər