Polşanın Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən altı nəfəri saxlayıblar. SİA xəbər verir ki, bu barədə "Rzeczpospolita" məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan beşi 25-52 yaş aralığında olan Polşa, digəri isə 37 yaşlı Rusiya vətəndaşıdır: "Qrupun üzvləri Rusiyaya silah istehsalı üçün nəzərdə tutulan komponentlərin qanunsuz tədarükü ilə məşğul olublar. Məhkəmə dörd şübhəli barəsində həbs qətimkan tədbiri seçib. Onlara casusluq ittihamı irəli sürülüb. Daha iki nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib".
Mətləb
Demokratların qələbəsi Ukrayna üçün nəyi dəyişəcək...
Rusiyanın silinməz rüsvayçılığı...
Ola bilər ki, bu, ABŞ prezidentinin özünün razılığı ilə baş verir...
Səsvermənin nəticələri hazırkı prezidentin müasir Amerika tarixində ən böyük məğlubiyyətlərindən biri oldu və...
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...
Donmuş Sibir kəndində necə yaşayırlar..?