PDF Oxu

Dünya

  • 2 180

Keçmiş baş nazir Trampın planını "xəyal məhsulu" adlandırıb

image

İsrailin keçmiş baş naziri Ehud Barak ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planını heç kimin ciddiyə almadığını bildirib və bunu "xəyal məhsulu" adlandırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ehud Barak İsrail Ordusu Radiosunda Donald Trampın fələstinlilərin başqa yerlərə göndərilməsi və ABŞ-ın bölgəni nəzarətinə keçirməsi ilə bağlı açıqlamalarını qiymətləndirib. Ehud Barak Trampın planını "xəyal məhsulu" adlandıraraq deyib: "Bu, kiminsə ciddi şəkildə düşündüyü bir plan kimi görünmür. Bu, daha çox sınaq balonu və ya bəlkə də İsrailə dəstək siqnalı vermək cəhdi kimi görünür."

Ehud Barak həmçinin qeyd edib ki, Trampın bəyanatları ərəb ölkələrinə "Qəzzədəki vəziyyətlə bağlı bir həll yolu təklif etmələri və ''Həmas''ı hakimiyyətdən uzaqlaşdırmalarını dəstəkləmələri üçün edilib.

Ay Evdə İsrail Baş naziri Benyamin Netanyahunu qəbul edən Donald Tramp ABŞ-ın Qəzzanı təhvil alacağını və bölgədəki fələstinlilərin qonşu ölkələrə, xüsusilə Misir və İordaniyada yaradılacaq yaşayış məntəqələrinə getmələrinin daha yaxşı olacağını bildirmişdi. Donald Tramp fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarələrinin olmadığını iddia edib.

Digər xəbərlər

Qanunsuz miqrantlar Belarusdan Latviyaya keçməyə cəhd edirlər...

Latviya 2026-cı ildə sərhədi keçmə cəhdlərinin qarşısını almaq üçün yeni gündəlik rekord müəyyənləşdirib...

ISW Putinin reytinqinin aşağı düşməsinin səbəbini açıqlayıb...

Ruslar hökumətin gözlədiyindən daha sərt reaksiya verirlər...

BBC: Orban məğlubiyyətin astanasındadır...

Macarıstanın baş naziri 16 ildən sonra ilk dəfə hakimiyyətini itirmək riski ilə üz-üzədir...

ABŞ xüsusi təyinatlı qüvvələrinin İrana enişi...

Polkovnik xilas edildi, amma onun adı açıqlanmayıb...

“Bu, Ukrayna üçün çox yaxşı xəbərdir...”

Ukrayna Silahlı Qüvvələri Putini sülhə məcbur etmək üçün daha bir addım atıb...

Baltikyanı ölkələr deyil: Putinin növbəti hədəfi açıqlandı...

Kreml Avropanın strateji arxa cəbhəsindən başlayacaq...

Qərbin tənəzzülünü gördüm: Nostradamusun 2026-cı il üçün proqnozları...

Qədim peyğəmbərliklərin şərhçiləri artıq onlarda müharibələr, təsirin yenidən bölüşdürülməsi və təhlükəli siyasi çevrilişlər barədə işarələr tapıblar.

Kremlin köhnə mahnısı..?

Deyim ki, bu, əvvəllər də səsləndirilib...