Vyetnamın Baş naziri Fam Min Çin hökumətə pilot proqram çərçivəsində ölkədə peyk internet xidmətləri göstərmək üçün İlon Maskın "Starlink" şirkətinə tez bir zamanda lisenziya verilməsini tapşırıq verib. SİA xəbər verir ki, Hanoy sürətlə böyüyən ixracatına ABŞ tərəfdən rüsumlar tətbiq edilməsindən yayınmağa çalışır. Belə ki, keçən il Vyetnam ABŞ ilə ticarətdə ticarət balansının ən yüksək müsbət saldosunu əldə edib. Bu isə Vyetnamı ABŞ Prezidenti Donald Trampın daha əvvəl elan etdiyi mümkün cavab tədbirləri qarşısında həssas edir.
"Baş nazir Elm və Texnologiya Nazirliyinə "Starlink" şirkətinin internet xidmətləri üçün eksperiment əsasında dərhal lisenziya verilməsinə dair tapşırıq verib", - hökumət öz saytında bildirib. Qeyd edilib ki, Çin paytaxtda Amerika şirkətləri ilə danışıqlar aparıb.
Xatırladaq ki, fevralda Vyetnam parlamenti peyk internet şirkətlərinə ölkədə xidmətlər göstərməyə icazə verən müvəqqəti sxemi təsdiqləyib. Amma eyni zamanda şirkətlər yerli törəmə şirkətləri üzərində tam nəzarəti əldə saxlayacaqlar - bu, Maskın qoyduğu ilkin şərt idi.
Çin iş adamlarını əmin edib ki, Vyetnam təyyarə, silah, mayeləşdirilmiş təbii qaz, kənd təsərrüfatı malları və əczaçılıq məhsullarının potensial idxalını əsas gətirərək, ticarət profisiti balansını bərpa etmək üçün addımlar atır.
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...
Donmuş Sibir kəndində necə yaşayırlar..?
ABŞ aralıq seçkiləri nədir?
Cakarta vətəndaşlarının Putin ordusuna cəlb edilməsinin dayandırılmasını tələb etdi...
Afrika Xarici İşlər Nazirliyi açıqlama verib...
Ekspert Tramp-ın Putinlə dizel müqaviləsini yüksək qiymətləndirdi...
Əsas ştatları Ohayo, Ayova, Alyaska və Texas olacaq...
Bu, Ukraynaya müharibəni bitirməyə kömək edə bilər...
Kreml bir neçə onilliklər ərzində ÇXR-ə sata bilməyən layihənin adını “Sibirin Gücü 2” -dən “Baykalın Gücü”nə dəyişdirmək qərarına gəldi...