PDF Oxu

Dünya

  • 8 059

Finlandiya rusları kütləvi şəkildə deportasiya edir

Finlandiya rusları kütləvi şəkildə deportasiya edir

Finlandiyanı könüllü tərk etməkdən imtina edən bəzi ruslar nəzarətə götürülür

Finlandiya hakimiyyəti Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra ölkəyə gələn rusları kütləvi şəkildə deportasiya etməyə başlayıb. Rusiya mətbuatı yazır ki, polisin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sığınacaq hüququ verilməmiş 104 Rusiya vətəndaşı ölkədən deportasiya edilib.

Deportasiya edilənlərin sayının artması sığınacaqla bağlı müraciətlərə uzun müddət baxılması ilə bağlıdır. “Kemi Müharibə Əleyhinə” təşkilatının fəalı Maksim Əliyev deyir: "İki il ərzində heç kim müsahibə almayıb. Onlar sadəcə bizimlə nə edəcəklərini bilmirdilər. Yalnız nadir istisnalar var idi. Fəallarımız ombudsmanla əlaqə saxlayıb, şikayətlər yazıblar və yalnız 2024-cü ilin sonunda müsahibələr başlayıb". Onun sözlərinə görə, ilk müsahibələrdən sonra rusların demək olar ki, 90%-i rədd edilib. Əksəriyyəti Ali Məhkəməyə müraciət edib və icazə verilərsə, sığınacaq üçün yenidən müraciət edəcək.

Əksər hallarda imtinanın səbəbi səfərbərlikdən qaçmaqdır. 2023-cü ilin may ayında Finlandiya Miqrasiya Xidməti ən azı 1109 rusiyalının hərbi xidmətdən yayındığına görə sığınacaq üçün müraciət etdiyini bildirdi. Hakimiyyət Rusiyada səfərbərliyin başa çatdığını iddia edir.

Miqrasiya Xidmətinin nümayəndəsi Anu Karppi qeyd edib ki, BMT Konvensiyasına əsasən “hərbi xidmət təhlükəsi özlüyündə sığınacaq verilməsi üçün əsas deyil”.

Könüllü olaraq Finlandiyanı tərk etməkdən imtina edən bəzi ruslar müşayiət altında deportasiya edilir. Polisin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayı ərzində bu yolla 18 nəfər deportasiya edilib. Onlar adətən təyyarə ilə Türkiyəyə və ya quru yolu ilə Estoniyaya aparılır, çünki sərhəd-keçid məntəqələri bağlı olduğundan Rusiyaya birbaşa deportasiya həyata keçirilmir.

Finlandiyada sığınacaq alanlar əsasən fəallar, etirazçılar, eləcə də qanunla problem yaşayan, həbs olunanlar və ya cinayət işi olanlardır.

Xatırladaq ki, ABŞ “müharibə əleyhdarı” adlandırılan 100-ə yaxın rusiyalını deportasiya edib. Təxminən 40 nəfərin daxil olduğu birinci qrup Amerika hakimiyyəti tərəfindən iyunda, 60 nəfərlik ikinci qrup isə avqustun 27-də ölkədən deportasiya edilib.

VƏLİ

Digər xəbərlər

Ukrayna gələcək müharibəsi üçün süni intellekt yaradır
Ukrayna gələcək müharibəsi üçün süni intellekt yaradır

Neyron şəbəkələri insan gözünün nəyi qaçırdığını görməyi öyrənir...

The Economist: Respublikaçı liderlər Trampdan uzaqlaşırlar...
The Economist: Respublikaçı liderlər Trampdan uzaqlaşırlar...

Seçkilərdəki məğlubiyyət Respublikaçıları iki yerə böldü...

FT: Putin və Tramp qısa bir müharibədə tələyə düşüblər...
FT: Putin və Tramp qısa bir müharibədə tələyə düşüblər...

İndi Si bundan hansı dərs çıxaracağına qərar verməlidir...

Gənclərlə mübarizə...
Gənclərlə mübarizə...

SSRİ-də hər şeyin necə bitdiyini xatırlayırsınızmı?

“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”
“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”

Moldova Rusiyadan enerji asılılığından qurtuldu. Ölkə Rumıniyanın enerji şəbəkəsinə qoşulub və Moskvadan qaz almağı dayandırıb…

“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”
“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”

Trampdan cənnətə gedib-getməyəcəyi soruşulub... ABŞ prezidenti Müqəddəs Kitab prinsiplərindən birini rədd edir...