PDF Oxu

Dünya

  • 1 193

Zelenski Putinlə Antarktidada da görüşməyə hazırdır, lakin Moskvada yox

Zelenski Putinlə Antarktidada da görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Diplomat Moskvanın belə bir görüş üçün məqbul yer olmadığını qeyd edib.

Melnik deyib ki, Ukrayna tərəfi Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların nəticələrini gözləyir.

"Görək Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar hansı nəticələri verəcək. Ancaq bir məsələ aydındır: ən yüksək səviyyədə sammit olmadan siyasi irəliləyişə nail olmaq çətin olacaq. Məhz buna görə də Ukrayna Prezidenti Putinlə ilk fürsətdə görüşməyə hazırdır – istər dekabrda Floridada, istər G20 sammiti çərçivəsində, istərsə də dünyanın hər hansı başqa yerində, lazım gələrsə, hətta Antarktidada. İstənilən yerdə, yalnız Moskvada yox", – Melnik vurğulayıb.

Digər xəbərlər

Gənclərlə mübarizə...
Gənclərlə mübarizə...

SSRİ-də hər şeyin necə bitdiyini xatırlayırsınızmı?

“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”
“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”

Moldova Rusiyadan enerji asılılığından qurtuldu. Ölkə Rumıniyanın enerji şəbəkəsinə qoşulub və Moskvadan qaz almağı dayandırıb…

“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”
“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”

Trampdan cənnətə gedib-getməyəcəyi soruşulub... ABŞ prezidenti Müqəddəs Kitab prinsiplərindən birini rədd edir...

Putin vaxtı gecikdirir...
Putin vaxtı gecikdirir...

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Kremlin strategiyasını açıqlayıb...

Yuri Felştinski: Tramp və Putinin planları iki ay ərzində dağıla bilər...
Yuri Felştinski: Tramp və Putinin planları iki ay ərzində dağıla bilər...

Demokratların qələbəsi Ukrayna ətrafındakı vəziyyəti dəyişdirir...