PDF Oxu

Dünya

  • 2 885

Maduro ABŞ-ı hədələyir

Venesuela rəhbəri panika içində dövlət sektoru işçilərini yürüşə çıxarıb...

Maduro ABŞ-ı hədələyir

Venesuela rəhbəri Nikolas Maduro Karakasda ABŞ-ın ölkənin daxili işlərinə müdaxiləsinə qarşı yürüş keçirib. Millətə müraciəti zamanı qəsbkar əlində milli qəhrəman Simon Bolivarın əfsanəvi qılıncını tutub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sky News yazır.

"Azad edən Simon Bolivarın Bayrağı və Qılıncı Yürüşü" adlanan yürüşdə minlərlə venesuelalı iştirak edib. Yürüşdə mülki şəxslərlə yanaşı, polis məmurları, hərbçilər və milis üzvləri də iştirak edib.

Yürüşün sonunda hərbçilər Maduroya qılıncı hədiyyə ediblər. Bir çox tarixçinin fikrincə, Simon Bolivar ölkəni İspaniya hakimiyyətindən azad etdiyinə görə minnətdarlıq əlaməti olaraq Perudan alıb.

Maduro qılıncı yelləyərək "Mən bunu 200 il sonra bütün Cənubi Amerikaya qələbə gətirən bir azadlıq qüvvəsi kimi qəbul edirəm" deyə qışqırıb.

Qılınc sağdır və Latın Amerikasında yürüş edir! Yaşasın Bolivar və onun xilaskar qılıncı!

Qeyd edək ki, sentyabrın əvvəlindən bəri ABŞ Karib dənizindəki Venesuela gəmilərinə zərbələr endirir və onları narkotik qaçaqmalçılığında ittiham edir.

Noyabrın 19-da "The New York Times" qəzeti Donald Trampın Venesuela hökumətinə təzyiq göstərmək, o cümlədən ölkə daxilində gizli əməliyyatlar aparmaq planlarını təsdiqlədiyini bildirib.

"Reuters" agentliyi ABŞ-ın Nikolas Maduronu devirmək cəhdini də nəzərdən keçirdiyini bildirib.

Əli Babayev

Digər xəbərlər

Foreign Affairs: Çin səhv hesablayıb...
Foreign Affairs: Çin səhv hesablayıb...

Amerika siyasətinin gözlənilməzliyi hərbi gücünün itirilməsi demək deyil...

Rus trolları və hakerləri Aİ-nin yeni sanksiyalarına məruz qalıb
Rus trolları və hakerləri Aİ-nin yeni sanksiyalarına məruz qalıb

Sanksiya siyahısına 30 nəfər və iki təşkilat əlavə edilib...

Abu Dabi Ukrayna üzrə danışıqların əsas platformasına necə çevrildi
Abu Dabi Ukrayna üzrə danışıqların əsas platformasına necə çevrildi

Ötən həftə BƏƏ sülh danışıqlarının birinci raunduna ev sahibliyi etdi...

FT: Tramp, Putin və Si dünyanı bölmək iqtidarında deyillər
FT: Tramp, Putin və Si dünyanı bölmək iqtidarında deyillər

İndiki qüvvələr balansı onlara dünya nizamını müəyyən etməyə imkan vermir...

Bu səhv Rusiyaya baha başa gələcək
Bu səhv Rusiyaya baha başa gələcək

Müharibənin Tədqiqi İnstitutu Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə endirdiyi zərbənin nəticələrini açıqladı...

“The American Conservative”: Ukrayna məğlubiyyətə yaxınlaşır..?
“The American Conservative”: Ukrayna məğlubiyyətə yaxınlaşır..?

NATO olmayacaq, qalacaq: “The American Conservative” (Amerikalı Mühafizəkar) Rusiyanın qələbəsi üçün üç şərt saydı...