Avropa Komissiyasının rəhbəri bəyan edib ki, Ukraynanın təhlükəsizliyi uzunmüddətli perspektivdə təmin edilməlidir. O, həmçinin qeyd edib ki, maliyyələşdirmə təklifləri artıq müzakirə olunur. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanı “Aİ-nin ilk müdafiə xətti” adlandıraraq, ölkənin təhlükəsizlik zəmanəti alması lazım olduğunu bildirib. "Səs" qəzeti xəbər verir ki, Von der Leyen bunu prezident Vladimir Zelenski ilə görüşdən sonra X sosial media platformasında yazıb.
"Biz prezident Zelenskiyə bir daha təsdiq etdik ki, Aİ sabit və öz prinsiplərinə sadiqdir. Ukraynanın suverenliyinə hörmət edilməlidir. İttifaqımızın birinci müdafiə xətti kimi Ukraynanın təhlükəsizliyi uzunmüddətli perspektivdə təmin edilməlidir", - AK prezidenti bildirib.
O qeyd edib ki, sülh danışıqları zamanı Aİ Ukraynaya dəstəyində sabit qalır. "Bizim maliyyələşdirmə təkliflərimiz artıq masadadır. Məqsəd döyüş meydanında və danışıqlar masası arxasında güclü Ukraynadır", - rəsmi əlavə edib.
Von der Leyen həmçinin qeyd edib ki, bu prioritetlər onun NATO-nun baş katibi Mark Rutte ilə müzakirələrinin mərkəzində olub. O, Avropanın “Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün bütün səylərə” töhfə verməkdə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, bazar ertəsi axşam Zelenski NATO-nun baş katibi Mark Rutte, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşərək, ABŞ-la apardığı danışıqların nəticələri barədə məlumat verib.
VƏLİ
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...
Donmuş Sibir kəndində necə yaşayırlar..?
ABŞ aralıq seçkiləri nədir?
Cakarta vətəndaşlarının Putin ordusuna cəlb edilməsinin dayandırılmasını tələb etdi...
Afrika Xarici İşlər Nazirliyi açıqlama verib...
Ekspert Tramp-ın Putinlə dizel müqaviləsini yüksək qiymətləndirdi...
Əsas ştatları Ohayo, Ayova, Alyaska və Texas olacaq...
Bu, Ukraynaya müharibəni bitirməyə kömək edə bilər...
Kreml bir neçə onilliklər ərzində ÇXR-ə sata bilməyən layihənin adını “Sibirin Gücü 2” -dən “Baykalın Gücü”nə dəyişdirmək qərarına gəldi...