Rusiyada şovinist təfəkkür dövlət gücünə çevrilib
O gün rusların hansısa tanışlıq saytlarından birində növbəti dəfə ərə getmək istəyən rusiyalı bir qadın gələcək ərinin ancaq "slavyan mənşəli" olmasını istədiyini yazmışdı. Yəni belə görünür ki, guya onunla tanış olmaq istəyən hansısa biri slavyan deyilsə, qadını narahat etməsin. Çünki onun "işlənmiş" də olsa, rus xanımla fəraqa yetməyə heç bir ümid-filan yoxdur. Əslində qalsa, bu gün özlərini slavyan sayan rusların slavyanlıqla heç bir əlaqələri yoxdur. Yəni onların kökü Skandinaviyadan gəlir, amma...
Deməli, son günlər Moskva və ya Rusiyanın digər əyalət şəhərlərində ev kirayə verən ruslar kirayəşinlərinin ancaq "slavyan millətindən" olmasını istəyirlər. Yəni, Sən əgər slavyan deyilsənsə, deməli, rus kirayəşini ola bilməzsən.
Sən demə, rus səlahiyyətliləri guya indi ayılıblar və "müvafiq internet ünvanlarında yerləşdirilən bu kimi məlumatların Rusiya Federasiyası daxilində yayılmasını qadağan" ediblər?
Guya bu, humanist rus cəmiyyəti üçün xarakterik olmayan bir şeymiş..?
Ona görə də rus başbilənləri bərk-bərk yuxarıda qeyd olunan internet ünvanlarını vahid domen adları reyestrinə daxil etməyi tapşırıblar ki, bu da yayılması qadağan edilmiş məlumatları ehtiva edən veb saytların müəyyən edilməsinə imkan verir.
Yəni indi deyirsiniz, bu, hansısa bir effekt verəcək? Sizi bilmirəm, amma mən inanmaq istəmirəm...
P.S: Bu günlərdə, saytların birində Buryatiyalı bir gəncin açıqlamasını oxudum. Demə, Moskva və Rusiyanın digər əyalət şəhərində yaşananlar, artıq Rusiyanın "subyektləri" kimi təqdim etdiyi ərazilərə də sirayət edib. Belə ki, Buryatiyanın paytaxtı Ulan-Udedə ev kirayə vermək istəyən rus, elanda kirayəşinin ancaq "slavyan millətindən" olmasını şərt kimi qoyur.
Yeri gəlmişkən, rus təcavüzkar Yermakın Sibirə yürüşünə qədər (1581-1585), Buryatiya, eləcə də bu ərazilərdə rus-filan yaşamayıb. İndi isə...
...Necə deyərlər, qoy özümə yer eləyim, gör sənə neylərəm..?
Əli Babayev
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...
Donmuş Sibir kəndində necə yaşayırlar..?
ABŞ aralıq seçkiləri nədir?
Cakarta vətəndaşlarının Putin ordusuna cəlb edilməsinin dayandırılmasını tələb etdi...
Afrika Xarici İşlər Nazirliyi açıqlama verib...
Ekspert Tramp-ın Putinlə dizel müqaviləsini yüksək qiymətləndirdi...
Əsas ştatları Ohayo, Ayova, Alyaska və Texas olacaq...
Bu, Ukraynaya müharibəni bitirməyə kömək edə bilər...
Kreml bir neçə onilliklər ərzində ÇXR-ə sata bilməyən layihənin adını “Sibirin Gücü 2” -dən “Baykalın Gücü”nə dəyişdirmək qərarına gəldi...