PDF Oxu

Dünya

  • 3 616

Pezeşkian Putinə nə deyib?

image

İran Prezidenti Məsud Pezeşkian bazar günü rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Pakistanın paytaxtı İslamabadda keçirilən ABŞ-İran danışıqları barədə ona məlumat verib. TASS agentliyi xəbər verir ki, Kremlin bəyanatına görə, tərəflər Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər. Kreml qeyd edib: “İran Prezidenti aprelin 11-də İslamabadda keçirilən ABŞ-İran danışıqlarını qiymətləndirib və beynəlxalq platformalar da daxil olmaqla, Rusiyanın eskalasiyanın azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını bildirib”.

Bəyanatda bildirilib ki, Pezeşkian, həmçinin göstərdiyi humanitar yardıma görə Moskvaya təşəkkür edib. Putin, öz növbəsində, diplomatik həll axtarışını asanlaşdırmağa və Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması naminə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb.

“Bu məqsədlə Rusiya regiondakı bütün tərəfdaşlarla fəal əlaqələri davam etdirəcək”, - deyə məlumatda bildirilib və əlavə edilib ki, telefon danışığında ikitərəfli əməkdaşlıq məsələsi də müzakirə olunub, hər iki tərəf əlaqələrin möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Digər xəbərlər

Ordudan imtina edən beş böyük ölkə...

Onlar öz təhlükəsizlik modellərini qurublar...

“Putin, bütün bunlara nə vaxt son qoyacaqsan?”

“Xüsusi hərbi əməliyyat” zonasında öldürülən rus əsgərinin anası Kremlə sərt müraciət etdi…

“Hər kəs Rusiya ilə döyüşmək istəyir...”

Ekspertlər “xüsusi hərbi əməliyyat”ın qələbə ilə başa çatacağına əmindirlər...

Rusiya Finlandiya və Estoniyanın “işğalına” hazırlaşır..?

FSB və Rusiya Milli Qvardiyası Leninqrad vilayətində döyüşlərə hazırlıqlara başlayıb...

“Putinin qorxduğu da məhz bu idi...”

ABŞ generalı Ukraynanın yeni ordu qurduğunu bəyan edir...

Foreign Affairs: Putin Rusiyanı imperiya mifinə saldı

Kreml təcavüzü "xüsusi bir şəkildə" haqlı çıxarmağa çalışır...

Foreign Policy: “Taliban”ı çətin günlər gözləyir...

Radikalların hakimiyyətinin sabitliyi yalnız müvəqqətidir...