PDF Oxu

Dünya

  • 3 231

Danışıq masasında böhran! ABŞ 20 il, İran 5 il dedi: Tramp rədd etdi

Danışıq masasında böhran! ABŞ 20 il, İran 5 il dedi: Tramp rədd etdi

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında kritik danışıqlarda ən böyük fikir ayrılığı nüvə proqramının müddəti ilə bağlı olub. Vaşinqtonun 20 illik tələbinə qarşı Tehranın 5 illik təklifi rədd edildikdən sonra danışıqlar razılaşmadan başa çatıb.

“The New York Times” qəzetinin iki İran və ABŞ rəsmisinə əsaslanaraq yazdığı xəbərə görə, ABŞ nümayəndə heyəti İrandan 20 il ərzində uran zənginləşdirmə fəaliyyətlərini dayandırmağı və zənginləşdirilmiş uranı ölkədən çıxarmağı tələb edib.

Bu tələbə cavab olaraq İran nüvə fəaliyyətini müvəqqəti olaraq cəmi 5 il dayandırmağı təklif edib. Lakin ABŞ prezidenti Donald Trampın bu təklifi rədd etdiyi iddia edilir.

ABŞ tərəfi İranın nüvə proqramından tamamilə əl çəkməməsini, infrastrukturunu dağıtmaqdan və uran ehtiyatını ölkədən çıxarmaqdan imtina etməsini "əsas fikir ayrılığı" kimi qiymətləndirib.

Bildirilib ki, İran mövcud ehtiyatlardan uranı tamamilə çıxarmaq əvəzinə, “zənginləşdirmə dərəcələrini azaltmağı” təklif edib.

ABŞ nümayəndə heyətinə başçılıq edən JD Vans danışıqların nəticəsiz olduğunu açıqlayıb: "Biz 21 saatdır ki, bu məsələ ilə məşğul oluruq və iranlılarla bir sıra mühüm görüşlər keçirmişik. Bu, yaxşı xəbərdir. Pis xəbər odur ki, razılığa gələ bilməmişik"..

Vans həmçinin deyib: "Məncə, bu, İran üçün ABŞ üçün olduğundan daha pis xəbərdir. Ona görə də razılığa gəlmədən ABŞ-yə qayıdırıq".

Digər tərəfdən, Tramp İranın danışıqlara hazır olduğunu ifadə edərək, "İran hökuməti razılaşmanı çox istəyir" deyib. Bununla belə, Vaşinqtonun prioritetinin zənginləşdirilmiş uranı tamamilə nəzarətdə saxlamaq olduğu vurğulanıb.

Danışıqlarda təkcə nüvə proqramı deyil, həm də regional məsələlər müzakirə olunub. Onların arasında Hörmüz boğazında sərbəst keçidin bərpası, İranın Həmas və Hizbullah kimi qruplara dəstəyini dayandırmaq başlıqları ön plana çıxıb.

İran mediası isə mübahisənin əsasının ABŞ-nin “həddindən artıq tələbləri” olduğunu iddia edib. Bildirilib ki, tərəflər danışıqların ikinci raundunu dəyərləndirir, lakin hələlik dəqiq qrafik müəyyən edilməyib.

Diplomatik mənbələrdən verilən məlumata görə, bütün fikir ayrılıqlarına baxmayaraq, ABŞ və İranın danışıqların davam etdirilməsi üçün qapını tam bağlamadığı bildirilib.

Digər xəbərlər

ABŞ-da texnokratların gücə təsirini müəyyən edəcək üç məsələ...
ABŞ-da texnokratların gücə təsirini müəyyən edəcək üç məsələ...

Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...

“Kreml ölkəni “müharibə üçün daha bir ucuz muzdlu mənbəyə” çevirib”
“Kreml ölkəni “müharibə üçün daha bir ucuz muzdlu mənbəyə” çevirib”

Cakarta vətəndaşlarının Putin ordusuna cəlb edilməsinin dayandırılmasını tələb etdi...

Qana Putini geri çəkilməyə məcbur etdi?
Qana Putini geri çəkilməyə məcbur etdi?

Afrika Xarici İşlər Nazirliyi açıqlama verib...

“Bu yanlış məlumatdır”...
“Bu yanlış məlumatdır”...

Ekspert Tramp-ın Putinlə dizel müqaviləsini yüksək qiymətləndirdi...

ABŞ seçkilərində izlənməli olan altı amilin adı açıqlanıb
ABŞ seçkilərində izlənməli olan altı amilin adı açıqlanıb

Əsas ştatları Ohayo, Ayova, Alyaska və Texas olacaq...

Ekspert Rusiya Federasiyasını “Axilles dabanı” adlandırdı
Ekspert Rusiya Federasiyasını “Axilles dabanı” adlandırdı

Bu, Ukraynaya müharibəni bitirməyə kömək edə bilər...

Çin “Qazprom”u xilas etməkdən imtina etdi
Çin “Qazprom”u xilas etməkdən imtina etdi

Kreml bir neçə onilliklər ərzində ÇXR-ə sata bilməyən layihənin adını “Sibirin Gücü 2” -dən “Baykalın Gücü”nə dəyişdirmək qərarına gəldi...