PDF Oxu

Dünya

  • 1 077

İndi də "hantavirus": təhlükə varmı?

image

Aprel ayında Argentinadan Hollandiya bayrağı altında Kabo-Verdeyə üzən MV Hondius kruiz gəmisində ilk sərnişinlər qızdırma, mədə-bağırsaq problemləri, pnevmoniya, kəskin tənəffüs çətinliyi sindromu və şok kimi simptomlarla xəstələniblər. 11 apreldən bəri gəmidə üç nəfər, o cümlədən hollandiyalı cütlük və bir alman qadın ölüb. Cümə axşamı günü səkkiz şübhəli hal qeydə alındı və onlardan beşinin laboratoriya testləri ilə hantavirus olduğu təsdiqlənib.

"The Guardian" yazır ki, gəmidə ölən hollandiyalı kişinin cəsədi Müqəddəs Yelena adasında gəmidən götürülüb. O, virusa görə testdən keçməyib. Həyat yoldaşı daha sonra Yohannesburqa uçuş zamanı xəstələnib və vəziyyəti pisləşib. O, oradakı xəstəxanaya çatanda ölüb. Testlər onun virusa yoluxduğunu təsdiqləyib. Hakimiyyət orqanları hazırda onun yolda təmasda olduğu insanları izləyir. Ölən alman qadının cəsədi isə hələ də gəmidədir.

Gəmi həkiminə simptomlarla müraciət edən kişi Ascensiondan Cənubi Afrikaya təxliyə edilib və orada reanimasiyadadır, lakin vəziyyətinin yaxşılaşdığı bildirilir. Onun da virusa yoluxduğu təsdiqlənib. Müqəddəs Yelena adasında gəmidən enən başqa bir kişi İsveçrəyə qayıdıb, lakin simptomlar inkişaf etdikdən sonra Sürixdə tibbi yardım alıb. İndi o nəzarətə qəbul edilib və hantavirusa yoluxduğu təsdiqlənib.

Daha üç yoluxma halı müalicə üçün Hollandiyaya təxliyə edilib. Biri holland heyət üzvü, digəri isə Düsseldorfa uçan alman qadın olub. Gəmidə ekspedisiya bələdçisi kimi çalışan 56 yaşlı təqaüdçü Britaniya polisi Martin Anstee Leydendəki xəstəxanadadır. Cümə axşamı günü Amsterdamda stüardessa olduğu bildirilən və Cənubi Afrikada ölən qadınla təmasda olan bir qadın potensial simptomlarla qarşılaşıb.

Aprel ayının sonlarında Müqəddəs Yelena adasında gəmini tərk edən iki britaniyalı Böyük Britaniyaya qayıdıb və özünütəcrid edib. Onlarda heç bir simptom qeydə alınmayıb. Gəmidəkilərlə yaxın təmasda olanlar da özünütəcrid edib.

Hantaviruslar siçan və siçovul kimi gəmiricilərdə qeydə alınan böyük bir virus qrupudur. Dünyanın müxtəlif yerlərində fərqli ştammlarına rast gəlinir. Viruslar insanlara, adətən yoluxmuş heyvanların sidik, nəcis və ya tüpürcəyi ilə çirklənmiş damcıların və ya tozun inqalyasiyası yolu ilə keçə bilər. İnsanlarda hantavirus infeksiyası həyati təhlükə yarada bilər. Avropa və Asiyada tapılan əvvəlki ştammları, təxminən 10% hallarda ölümcül olan böyrək xəstəliyi olan böyrək sindromlu hemorragik qızdırmaya (HFRS) səbəb olmağa meyllidir. Amerikada tapılan yeni dünya ştammları daha virulentdir və yoluxanların üçdə birindən çoxunu öldürə bilən hantavirus ağciyər sindromuna (HPS) səbəb olur.

İnsanlar arasında yayıla bilərmi?

Əksər hantaviruslar insanlar arasında yayılmır, lakin Andes ştammının insandan insana keçməsi halları da olub. Laboratoriya testləri MV Hondius-da baş verən epidemiyaya səbəb olan ştammı müəyyən edib. Virus, uzunquyruqlu cırtdan düyü siçovulunun olduğu Argentinada endemikdir. İnfeksiyalar, çox güman ki, xəstəliyin erkən mərhələlərində olan biri ilə yaxın və uzunmüddətli təmas yolu ilə baş verir. Argentinada əvvəlki epidemiyada, 2018-2019-cu illərdə, yoluxmuş gəmiricilərlə təmasda olan üç nəfər hantavirusu 34 nəfərə yaymışdı, onlardan 11-i ölmüşdü.

Cənubi Afrika, İsveçrə və Seneqaldakı üç laboratoriya virusun bütün genomunu oxumaq üçün çalışır. Bu, Argentinada 2018-2019-cu illərdə baş verən hallar da daxil olmaqla, epidemiyalara səbəb olan əvvəlki hantavirusların genetik tərkibi ilə müqayisə ediləcək. Ümumdünya Səhiyyə Təşkilatının viruslu hemorragik qızdırmalar üzrə texniki rəhbəri Anais Legand deyib ki bu bəzi dəyişikliklərin olub-olmadığını anlamağa imkan verəcək.

ÜST-ün yoluxucu xəstəliklər üzrə epidemiologu Maria van Kerkhove deyir: "İndiyə qədər əldə etdiyimiz məlumatlara görə, qeyri-adi bir şey görmədik, amma yenə də araşdırmalar davam edir."

Gəmidəki virus haradan gəlib?

İstintaqın bir hissəsi olaraq, beynəlxalq səhiyyə rəsmiləri, təxminən 140 nəfərin olduğu gəmidə olan bütün sərnişinlərin səyahət tarixçələrini tərtib edirlər. Cümə axşamı günü Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Dr. Tedros Adhanom Ghebreyesus bildirib ki, ilk iki yoluxma halı olan hollandiyalı cütlük Argentina, Çili və Uruqvaydan keçərək quş seyr etmək üçün səyahət ediblər. Bu səfərə "xüsusi yerlərə baş çəkmələr" də daxil olub.

MV Hondius gəmisi Kanar adalarına gedir və bu həftə sonu Tenerife adasına çatması gözlənilir. Hələ də göyərtədə olduğu düşünülən 19 Britaniya vətəndaşı, əgər simptomları yoxdursa, Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən sifariş edilən reyslə geri qaytarılacaqlar. Sərnişinlərin hamısı gəmi həkimi tərəfindən yaxından izlənilir. Böyük Britaniyaya qayıtdıqdan sonra onlardan hantavirusun uzun inkubasiya dövrünü əks etdirən 45 gün ərzində özünütəcrid olunmaları istəniləcək. Əksər simptomlar bir-altı həftə ərzində inkişaf edir.

Uzun inkubasiya dövrü nəzərə alınmaqla, gəmini tərk edən heyət, sərnişinlər və yoluxmuş insanların təmasları arasında daha çox yoluxma halı yarana bilər. Lakin Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi və ÜST geniş ictimaiyyət üçün riskin aşağı olduğunu vurğulayıb. Kerkhove bildirib ki, bu, Covid deyil, bu, qrip də deyil, çünki o çox fərqli şəkildə yayılır.

Lalə Mehralı

Digər xəbərlər

Robot müharibələri...

Dronlar və maşınlar cəbhə xəttindəki əsgərləri sıxışdırır...

Foreign Affairs: Yaponiyanın “sərt gücü”nün qayıdışı...

Çinin mövqeyi və Ukraynadakı müharibənin dərsləri bu prosesdə əsas rol oynadı...

Özəl kapital Avropanın yenidən silahlanmasını sürətləndirə bilər...

Lakin biznesin məhdudiyyətlərin bir qədər yumşaldılmasına ehtiyacı var...

Putinin son dostları paradda iştirak etməkdən imtina etdilər...

Kremlin təbliğat səyləri acınacaqlı görünəcək...

Kremlin qərarı Vladimir Putinin zəifliyinin nümayişi kimi görünür...

Moskvalılar 9 may paradı ilə bağlı həqiqəti açıqladılar...

ABŞ Hörmüz boğazındakı son əməliyyatını niyə dayandırdı..?

Missiya Yaxın Şərqdəki əsas gəmiçilik arteriyasından gəmilərin müşayiətini əhatə edirdi...