Kanadada 17 ildir hava nəqliyyatı lisenziyası olmadan uçan pilot saxlanılıb. Bildirilib ki, təxminən 17 ildir sərnişin daşımaq üçün lazımi lisenziya olmadan 900-dən çox uçuş həyata keçirən pilot Kanadanın Air Canada şirkətində çalışırmış.
Kanadanın Ontario əyalətindəki Peel County Polisi pilotun sənədlərində "qanun pozuntuları" aşkar edildikdən sonra başlanan istintaqla bağlı yazılı açıqlama yayıb. Bəyanatda Ceffri Uollun Kommersiya Pilot Lisenziyasına (CPL-A) sahib olduğu, lakin Hava Nəqliyyatı Pilot Lisenziyasına (ATPL-A) malik olmadığı, 2009-cu ildə lisenziyasız hava nəqliyyatı pilotu kimi işə başladığı və 2025-ci ildə təqaüdə çıxacağı bildirilib.
Vurğulanıb ki, Uoll 27 illik karyerasının təxminən 17 ilində lisenziyasız 900-dən çox daxili və beynəlxalq uçuş həyata keçirib və 2,9 milyon Kanada dollarından çox maaş qazanıb. 1 iyunda saxlanılan Uoll "fırıldaqçılıq, saxtakarlıq, ictimai asayişi pozmaq və saxta medal almaq" kimi ittihamlarla üzləşir. CNN-in məlumatına görə, Air Canada pilotlarının uçuş bacarıqlarını yoxlamaq üçün hər altı aydan bir məcburi təlim keçdiyini bildirib və şirkət Uollu müdafiə edərək, onun heç bir təhlükəsizlik pozuntusuna səbəb olmadığını iddia edib.
Kanadada baş verən bu hadisə, Stiven Spilberqin rejissorluğu və Leonardo DiKaprionun rol aldığı 2002-ci ildə çəkilmiş "Catch Me If You Can" filmini xatırladır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...