PDF Oxu

Dünya

  • 1 677

Ukrayna Putini küncə sıxışdırıb

İndi o, Şimali Koreyada sığınacaq axtarır...

Ukrayna Putini küncə sıxışdırıb

...Rusiya ordusu müharibəni davam etdirmək üçün artan personal, sursat və avadanlıq çatışmazlığı ilə üzləşir, Ukrayna zərbələri isə Rusiya ərazisinə getdikcə daha dərindən nüfuz edir.

Bu vəziyyətdə Putin getdikcə daha çox Şimali Koreyadan - bu yaxınlarda Moskvanın təcrid olunmuş tərəfdaşı hesab edilən bir ölkədən dəstək almağa məcbur olur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır.

...Pxenyan Rusiyaya yardımını kəskin şəkildə genişləndirməyə hazırlaşır. Bir illik fasilədən sonra Şimali Koreya yenidən Moskvaya KN-23 və KN-24 ballistik raketləri tədarük edir ki, bunlar artıq Ukraynaya qarşı zərbələrdə istifadə olunur.

Çərşənbə axşamı Zaporojyedə baş verən belə hücumlardan biri nəticəsində altı nəfər həlak olub, 19 nəfər yaralanıb. Təbii ki, canlı qüvvə ən vacib resurs ola bilər. Ukrayna prezidenti Volodimir Zelensky Rusiyanın 50.000-ə qədər Şimali Koreya əsgəri qəbul edə biləcəyini bildirib.

Kreml üçün bu, artan canlı qüvvə ehtiyaclarını ödəmək və daxili narazılığa səbəb ola biləcək yeni genişmiqyaslı səfərbərliyin qarşısını almaq üçün bir fürsətdir.

Ukrayna kəşfiyyatının məlumatına görə, artıq Voronej bölgəsində Şimali Koreyanın raket bölməsi peyda olub və 120-yə qədər raketə və altı buraxılış qurğusuna malik ola bilər.

Əslində, Moskva müharibəni davam etdirmək üçün getdikcə Pxenyanın köməyinə güvənir.

Şimali Koreya artıq Rusiyaya milyonlarla artilleriya mərmisi, raket və minlərlə əsgər tədarük edib.

...Karnegi Fondunun eksperti Ankit Panda qeyd edir ki, "Kim Koreya Xalq Ordusunu müasir müharibədə sınaqdan keçirməyin zəruriliyindən danışıb".

Pxenyan üçün Rusiya cəbhəsi Şimali Koreya qoşunlarının müasir müharibədə unikal təcrübə qazanması üçün sınaq meydançasına çevrilir.

Eyni zamanda, Kim Çen In pul, texnologiya və Çindən asılılıqdan uzaqlaşmaq imkanı qazanır.

Oksford Universitetinin eksperti Edvard Hovel iddia edir ki, "Kimin strateji qərarı xarici siyasətini şaxələndirməkdir". Nəticədə, müharibə getdikcə Rusiya-Şimali Koreya ittifaqının mənfi tərəflərini ortaya qoyur.

Moskvaya Pxenyanın resursları lazımdır, Kim isə Putinin problemlərini öz güc mənbəyinə çevirir.

Əli Babayev

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...