PDF Oxu

Dünya

  • 1 230

Yaponiya Hərbi Dəniz Qüvvələri sualtı nüvə gəmiləri ilə təchiz edilə bilər

image

Yaponiya Hərbi Dəniz Qüvvələri sualtı nüvə gəmiləri ilə təchiz edilə bilər

Yaponiya müdafiə naziri Şinjiro Koizumi Hərbi Dəniz Qüvvələrinin sualtı nüvə gəmiləri ilə təchiz edilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.“Heç bir variantı istisna etmirik”, - müdafiə naziri deyib.Koizumi qeyd edib ki, belə gəmilər suyun altında olduqca uzun müddət fəaliyyət göstərə və adi sualtı vasitələrdən xeyli yüksək sürətə malik ola bilər. O, sualtı nüvə gəmilərinin bahalı olduğunu və texniki xidmətinin həyata keçirilməsi üçün xüsusi texnologiyaların tətbiq edilməsinin zəruriliyini qeyd edib.“Kyodo”nun məlumatına görə, ABŞ Hərbi-Dəniz Qüvvələri komandanlığının nümayəndələri də Yaponiya hərbi donanmasının sualtı nüvə gəmiləri ilə təchiz edilməsinə müsbət münasibət bildiriblər. Qeyd ediblər ki, Tokio bunun üçün bütün texnoloji imkanlara malikdir, ölkənin inkişaf etmiş nüvə energetikası var.Ölkənin hakim koalisiyasına daxil olan “Yaponiya Yenilənmə Cəmiyyəti” Partiyası iyunda Hərbi Dəniz Qüvvələrinin sualtı nüvə gəmiləri ilə təchiz edilməsini dəstəkləyib. Partiya Tokionun ilin sonunda qəbul etməyi planlaşdırdığı yeni təhlükəsizlik sənədlərinə belə bir müddəanın daxil edilməsinin tərəfdarı kimi çıxış edib.
Ayşən Vəli

Digər xəbərlər

“The Wall Street Journal”: Pekin özünü üstələyib...

ABŞ, Avstraliya və digər ölkələr Pekindən asılılıqlarını azaltmağa çalışırlar...

“FT”: Ağ Ev Vittkoffun Ukrayna danışıqlarında iştirakını azalda bilər

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri daha aktiv rol oynamağı planlaşdırır...

Kiyev Rusiya bombardmanları ilə necə mübarizə aparır...

İnsanlar şikayət edir, söyür və zarafat edirlər, amma işləməyə, oxumağa və bir-birlərinə kömək etməyə davam edirlər...

Vittkoff-Kuşner missiyası niyə uğursuz oldu..?

Vaşinqton Ukraynadakı vəziyyəti səhv qiymətləndirməyə davam edir...

Qırğızıstan ruslar üçün giriş qaydalarını sərtləşdirir...

Bişkek Rusiyada səfərbərlik şayiələrinə reaksiya verir...

“Qələbə yaxındır”..?

Kreml ruslara xüsusi hərbi əməliyyatın tez bir zamanda sona çatması üçün ümid verdi

Kremlın etirafı...

Rusiya müəssisələri xarici idarəetməyə veriləcək...

Almaniyanın “AfD” partiyası Putin Rusiyasını niyə “dost” hesab edir?

Rusiyayönümlü baxışların populyarlığı bir neçə amillə əlaqələndirilir...