"Hugo" adlı britaniyalı at "dünyanın ən hündür canlı atı" kimi Ginnesin Rekordlar Kitabına düşüb. “Milliyet” qəzeti BBC-yə istinadən yazır ki, İngiltərənin Northamptonshire bölgəsində yaşayan "Hugo" adlı atın hündürlüyü 199 santimetrə çatıb. 4 yaşlı at haqqında bu məlumat baytar tərəfindən təsdiqlənib.
Hugonun sahibi Brett Masters vurğulayıb ki, at böyüməyə davam edir və daha üç il ərzində böyüməkdə olacaq. Hazırda o, mütəmadi olaraq masaj olunur, hər altı aydan bir diş həkiminə aparılır və böyümə zonaları həddindən artıq aktiv olduğu üçün daim baytar nəzarətində saxlanılır. O, çoxsaylı əlavələr qəbul edir və diqqətlə hazırlanmış qidalanma rejiminə əməl edir. O, beşulduzlu bir həyat yaşayır; heç bir şeyə ehtiyacı yoxdur".
Qeyd olunur ki, bundan əvvəl Ginnesin Rekordlar Kitabına "dünyanın ən hündür və ən ağır atı" kimi 1850-ci ildə İngiltərədə yaşamış və hündürlüyü 2,19 metr olan "Sampson" düşmüşdü.
Demokratların qələbəsi Ukrayna üçün nəyi dəyişəcək...
Rusiyanın silinməz rüsvayçılığı...
Ola bilər ki, bu, ABŞ prezidentinin özünün razılığı ilə baş verir...
Səsvermənin nəticələri hazırkı prezidentin müasir Amerika tarixində ən böyük məğlubiyyətlərindən biri oldu və...
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...
Donmuş Sibir kəndində necə yaşayırlar..?