Niderland hökuməti Ukraynaya qarşıdakı üç il ərzində 1,2 milyard avro həcmində qeyri-hərbi yardım ayıracaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin rəsmi məlumatında bildirilib.
Vəsait ölkənin təcili ehtiyaclarının qarşılanmasına, bərpa və yenidənqurma işlərinə, eləcə də Niderland şirkətlərinin Ukraynada fəaliyyət imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Paket əsasən enerji və su təsərrüfatı sektorlarına, eləcə də biznesin dəstəklənməsinə yönəlib. Niderlandın xarici ticarət və inkişaf əməkdaşlığı naziri Syor Syoerdsma oktyabrın 28-də Kiyevə səfəri zamanı bildirib ki, Ukrayna intensiv hücumlara məruz qalır və qarşıda çox çətin qış dövrü var. Onun sözlərinə görə, Ukraynanın mübarizəni davam etdirə bilməsi üçün dəstəyin saxlanılması ümumi təhlükəsizlik baxımından da vacibdir.
Paket çərçivəsində bu il Ukraynanın enerji infrastrukturunun təcili təmiri və bərpası üçün Enerji Dəstəyi Fonduna əlavə 40 milyon avro ayrılacaq. Bundan başqa, Niderland Ukraynaya enerji avadanlıqlarının çatdırılması üçün 55 milyon avro həcmində natura şəklində yardım göstərəcək.
Qeyd edək ki, Niderland həmçinin Ukraynaya 500 milyon avro həcmində hərbi yardım paketi də elan edib. Həmin paketin 250 milyon avrosunun dronların alınmasına, digər 250 milyon avrosunun isə Ukraynanın prioritet hərbi ehtiyaclarının, o cümlədən hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulub.
Saxlanılanlar bir-iki günə orduya göndərilir...
Bunu “məsləhət bilən” Lukaşenkonun etirafına görə, rejim çətin ki, Moskvanı təmin edə bilsin...
Tarixçilər Trampın yanaşmasından əsas fərqi göstəriblər...
Ukraynalı diplomat Kiyev üçün müsbət dəyişikliklər proqnozlaşdırır...
Ukrayna Silahlı Qüvvələrinin zərbələri Rusiya üçün real iqtisadi problemlər yaradır...
Pekin nüfuzunu artırır, Moskva isə müharibə səbəbindən mövqeyini itirir...
İsraildə Qəzza sakinlərinin köçürülməsi üçün iki Avropa ölkəsi təklif edilib...