PDF Oxu

Dünya

  • 10

Pakistanın müdafiə nazirini ölkədən kənara buraxmamışlar

Pakistanın müdafiə nazirini ölkədən kənara buraxmamışlar
"Frans Press" informasiya agentliyinin dekabrın 18-də yaydığı məlumata görə, Pakistanın müdafiə naziri Əhməd Muxtarı Çinə rəsmi səfər etmək istərkən, ölkə hüdudlarından kənara buraxmamışlar. Ə.Muxtar ölkənin hərbi-dəniz qüvvələrinin komandanı ilə birlikdə nəzərdə tutulmuş nümayəndə heyətinin tərkibində rəsmi səfərini gerçəkləşdirərəkən, aeroport yolu üstündə saxlamışlar. Pakistanın nümayəndə heyəti Çindən alınmış gəminin ölkəyə gətirilməsi məsələsini müzakirə edəcəkdilər. Müdafiə naziri saxlandıqdan sonra, nümayəndələr Çinə uçmuşlar. Müdafiə nazirinin dediyinə görə, ona xarici ölkəyə gedilməsinin qadağan edilməsi 12 il əvvəl əleyhinə qaldırılmış korrupsiya işi ilə əlaqədar olmuşdur. O, məhkəmədə heç bir günahı olmadığını sübut etməyə hazır olduğunu bildirmişdir. Dekabrın 16-da Pakistan Ali Məhkəməsi keçmiş Pərviz Müşərrəfin qəbul etmiş olduğu "Milli birlik haqda sərəncam" adlı qanunu ləğv etmişdir. Bu qanun təxminən 8 min nəfərə yaxın Pakistan məmurunun korrupsiya işi üzrə ittihamlarını dondurmuşdu.

Digər xəbərlər