PDF Oxu

Dünya

  • 10

İraq ordusu İran müxalifətçilərinin düşərgəsini ələ keçirib

İraq ordusu İran müxalifətçilərinin düşərgəsini ələ keçirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraqın hökumət qoşunları ölkənin şimal hissəsində yerləşən Əşrəf düşərgəsini ələ keçirmişlər. Düşərgədə "Mücahedini-Xalq" İran müxalifət hərəkatının 3000 nəfərdən çox üzvü yaşayır. Düşərgənin ələ keçirilməsi üçün aparılan əməliyyatda gözyaşardıcı qaz tətbiq edilmişdir. Agentliyin məlumatına görə, İraq qoşunları və İran müxalifətçiləri arasında baş vermiş toqquşma zamanı ən azı 260 nəfər yaralanmış, 6 nəfər həlak olmuş, 50 nəfər həbs edilmişdir. İraq hökuməti yaralananların az olduğunu bildirir.
İran hökuməti tərəfindən tanınmış müxalifət hərəkatını ABŞ və Kanada terrorçu təşkilat kimi tanıyır. Onlar belə hesab edirlər ki, həmin təşkilat Əşrəf düşərgəsini İran hökumətinin sifarişi ilə zəbt etmişdir. İran Milli Müqavimət Şurası İraq ordusunun düşərgəyə hücumuna etiraz olaraq, aclıq aksiyasına başlamışdır. Hərəkat "Mücahedini-Xalq" təşkilatının siyasi qanadı hesab edilir. Şuranın məlumatına görə, düşərgəyə 2 min nəfərdən çox İraq əsgəri hücum etmişdir.
"Mücahedini-Xalq" hərəkatı İraqın Əşrəf düşərgəsində 1986-cı ildə İraq-İran müharibəsi zamanı qərar tutmuşdu. 2003-cü ildən etibarən düşərgə ABŞ-ın nəzarəti altına keçmişdir. ABŞ ordusu bu ərazini 2009-cu ilin əvvəllərində İraq hökumətinə təqdim etmişdi.

Digər xəbərlər