PDF Oxu

Dünya

  • 14

Barak Obama Rusiya müxalifətçiləri ilə görüşdü

Barak Obama Rusiya müxalifətçiləri ilə görüşdü
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama öz rəsmi görüşü dairəsində Rusiya müxalifətçiləri ilə görüşmüşdür. "Ritts Karlton" mehmanxanasında keçirilən görüşə Rusiya Kommunist Partiyası, "Yabloko" partiyasının liderləri Gennadi Züqanov, Sergey Mitroxin "Solidarnosti"nin həmsədrləri Boris Nemtsev və Harri Kasparov, Rusiya Respublika Partiyasının həmsədri Vladimir Rıjkov, "Pravoye Delo"nun həmsədri Leonid Qozman, vəkil Yelena Lukyanova və "Spravedlivaya Rossiya"nın deputat təmsilçisi İlya Ponomaryov dəvət edilmişlər.
Vladimir Rıjkovun dediyinə görə, müxalifətçilər B.Obama ilə Mixail Xodorkovski və Platon Lebedevin işi ilə əlaqədar fikir mübadiləsi aparmış, Rusiyada söz azadlığı mövzusunda danışmış, siyasi məhbuslar, mitinqlərdəki həbslər və zorakılıqlardan söhbət açmışlar. Sergey Mitroxin B.Obamaya Avropada raketdən müdafiə qurğularının birtərəfli qaydada yerləşdirilməsinin təhlükəsi haqda danışmışdır. Boris Nemtsev Rusiya-Amerika münasibətlərindəki çətinliklərindən bəhs etmiş və demişdir ki, ABŞ rəhbərliyi üçün başlıca dəyərlər söz azadlığı və demokratiya olsa da, Rusiya üçün senzura və hakimiyyətdə monopolizm başlıca şərtdir.
Rusiya müxalifətçiləri B.Obama ilə fikir mübadiləsi aparmaqdan razı qalmışlar. B.Nemtsevin dediyinə görə, artıq siyasətçilər arasında sərbəst fikir mübadiləsi aparılmaqdadır. V.Rıjkov isə ABŞ prezidenti ilə açıq danışıq aparıldığını bildirmişdi. İyulun 7-də ABŞ prezidenti Rusiyanın iş adamları ilə görüşmüşdür.
ABŞ prezidenti B.Obama Moskvada üçgünlük rəsmi səfərini başa vurduqdan sonra iyulun 8-də səhər Rusiyanı tərk etmişdir. B.Obama Moskvadan birbaşa İtaliyanın Akvila şəhərinə uçmuşdur. Məlum olduğu kimi, burada "Böyük səkkizliy"in forumu keçirilməli idi. Rusiya prezidenti Dmitri Medvedev də forumun işində iştirak etməyə getmişdir.

Digər xəbərlər