PDF Oxu

Dünya

  • 6

Qırğızıstan prezidenti “Manas” bazası haqda yeni razılaşma sənədini təsdiqləyib

Qırğızıstan prezidenti “Manas” bazası haqda yeni razılaşma sənədini təsdiqləyib
"AKİ Press" Qırğızıstan informasiya agentliyinin yaydığı məlumata görə, ölkə prezidenti Kurmanbek Bakiyev respublika ərazisində "Manas" Amerika avibazasının yerləşdirilməsi haqqındakı razılaşmanı təsdiq etmişdir.
ABŞ-Qırğızıstan arasında "Manas" aviabazası ilə bağlı razılaşma sənədi hələ iyulun 2-də imzalanmışdı. İyunun 22-də sənədi Qırğızıstanın xarici işlər naziri Kadırbek Sarbayev və ABŞ səfiri Tatiana Qfeller imzalamışdılar. Bundan sonra sənədi respublika parlamenti ratifikasiya etmişdi.
Yeni danışıqlara əsasən, "Manas" aviabazası "Tranzit yükdaşınma mərkəzi" adlandırılacaqdır. Ancaq aviabazanın statusu və funksiyası əvvəlki kimi qalacaqdır. "Manas" əvvəlki kimi hərbi obyekt hesab ediləcək və Amerika hərbi qulluqçularının xidmətində duracaq. Aviabazının mülki yurikdiksiyası ABŞ hökumətinin ixtiyarında olacaqdır.
Müqavilə bir il müddətinə imzalanmıdır. Sənəddə deyilir ki, Amerika tərəf 5 il ərzində hər il razalaşmanın müddətini uzatmaq hüququndadır. Yeni razılaşmaya əsasən, Qırğızıstan hökuməti ilə ərzində ABŞ-dan 1 milyard dollar məbləğində ödəniş alacaqdır. Pulun bir hissəsi kredit formasında ödəniləcəkdir.

Digər xəbərlər