PDF Oxu

Dünya

  • 9

Vaşinqton Əhmədinejadın yeni hökuməti ilə danışıqlara hazırdır

Vaşinqton Əhmədinejadın yeni hökuməti ilə danışıqlara hazırdır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranda prezident seçkiləri başa çatdıqdan sonra Ağ Ev Tehran rəhbərliyi ilə danışıqlar aparmaq üçün açıq olaraq qalmaqdadır. Bu cür bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays çıxış etmişdir. Onun dediyinə görə, amerikalılar Tehranın nüvə proqramı məsələsi üzrə diplomatik diskussiyalar keçirməyə hazırdırlar. Baxmayaraq ki, Mahmud Əhmədinejadın təkrar qələbəsinin legitimliyinə müəyyən şübhələr yaranır.
S.Rays çıxışını bu ifadələrlə möhkəmləndirmişdir: "Diplomatik münasibətləri də daxil etməklə mümkün vasitələrin hamısından istifadə etmək ABŞ-ın marağındadır. Başlıca məqsəd odur ki, İranın nüvə potensialını gücləndirməsinə mane olmaq lazımdır." BMT-nin daimi nümayəndəsi Əhmədinejadın Qərbi, İranda baş verən qanun pozuntularında ittiham etməsini, baş tutmayan sevda kimi qiymətləndirmişdir. S.Raysın dediyinə görə, ABŞ İranın daxili işlərinə qarışmır və ölkə əhalisi bunu yaxşı bilir.
İranda prezident seçkiləri iyunun 12-də keçirilmişdir. 2005-ci ildən İranda hakimiyyəti idarə edən və özünün anti-Amerika ritorikası ilə məşhur olan M.Əhmədinejad seçkilərin qalibi elan edilmişdir. Onun başlıca rəqibi Mirhüseyn Musəvinin tərəfdarları seçkilərdə kobud qanun pozuntusuna yol verilməsi haqda yuxarı instansiyaya şikayət etmişlər. Bundan sonra Tehranda və ölkənin bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları başlanmışdır. Polis nümayişçilərə divan tutmuşdur. İyulun axırlarında keçirilməsi nəzərdə tutulan rəsmi andiçmə mərasimindən sonra M.Əhmədinejad növbəti dəfə prezident kürsüsünə çıxacaqdır.

Digər xəbərlər