PDF Oxu

Dünya

  • 10

Çeçenistanda Şali şəhərinin “əmiri” məhv edilib

Çeçenistanda Şali şəhərinin “əmiri” məhv edilib
"İnterfaks" informasiya agentliyinin Çeçenistanın daxili işlər naziri Ruslan Alxanova əsaslanaraq, yaydığı məlumata görə, Şali şəhərində keçirilən xüsusi hərbi əməliyyat nəticəsində "əmir" Əbubakar Musliyev qətlə yetirilmişdir. Agentliyin məlumatına görə, bu şəxs federal axtarışda olmuşdur.
R.Alxanovun dediyinə görə, Şali şəhərində keçirilmiş operativ-axtarış əməliyyatı nəticəsində A.Musliyev və həmkarı Yakub Umarovun içərisində getdikləri avtomobil müəyyən edilmişdir. Silahlılar saxlanılarkən, silahlı müqavimət göstərmiş və əməliyyatın təşkilatçıları tərəfindən məhv edilmişlər.
Silahlıların idarə etdikləri "VAZ-2107" avtomobilində iki artilleriya mərmisi, iki oksigen balonu, eləcə də, digər silah-sursat aşkar edilmişdir.

Digər xəbərlər