PDF Oxu

Dünya

  • 11

Şimali Koreya daha iki raket sınağı keçirib

Şimali Koreya daha iki raket sınağı keçirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 26-da Şimali Koreya ərazisinin şimal sahillərində kiçik radiuslu daha iki raket sınağı keçirmişdir. Cənubi Koreya kəşfiyyat xidmətinin məlumatına görə, hər iki raketin uçuş radiusu 130 kilometrə bərabərdir. Raketlərdən biri "Yer-Yer" tipli, ikincisi isə, gəmilər əleyhinədir. Əvvəllər belə məlumat verilmişdi ki, Şimali Koreya hökuməti yeni raket sınaqlarına hazırlaşarkən, digər ölkələrin gəmilərinə Çınsan qəzası ilə sərhəddə yerləşən Sarı dəniz sularına girməməyə tövsiyə etmişdir.
Şimali Koreya hökuməti mayın 25-də yeraltı nüvə sınağı keçirmişdi. Partlayışın gücü 10-20 kilotona bərabər olmuşdu. Partlayış zəlzələlərlə müşayiət edilmişdi. Demək olar ki, eyni vaxtda Şimali Koreya səmaya üç raket buraxmışdır. Belə ehtimal olunur ki, raketlərdən biri sınaq keçirmək məqsədilə səmayə buraxılmış, digər ikisi isə, ABŞ-ın kəşfiyyat təyyarələri əleyhinə yönəldilmişdir.
Mayın 25-də BMT-nin Təhlükəsizlik Şurası Nyu-Yorkda Şimali Koreyanın nüvə sınağı ilə əlaqədar fövqalədə yığıncaq keçirmişdir. BMT TŞ bu ölkəni 1718-ci əsasnamə ilə qanun pozucusu elan etmişdir. Bu əsasnamə Şimali Koreyanın 2006-cı ildə keçirdiyi ilk nüvə sınağına cavab olaraq qəbul edilmişdir. BMT TŞ Şimali Koreyanın son nüvə sınağı ilə əlaqədar yeni əsasnamə qəbul etməyə hazırlaşır.

Digər xəbərlər