PDF Oxu

Dünya

  • 14

ABŞ hərbi komandanlığı Quantanomonun bağlanması təklifini dəstəkləyirf

ABŞ hərbi komandanlığı Quantanomonun bağlanması təklifini dəstəkləyirf
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 24-də "ABC" telekanalına müsahibə verən ABŞ qərargah rəislikləri birləşmiş komitəsinin nümayəndəsi Mayk Mallen prezident Barak Obamanın Quantanomo hərbi həbsxanasının bağlanması üzrə planını dəstəklədiyini bəyan etmişdi. Həmin gün "KBS" telekanalına müsahibə verən birləşmiş komitəyə 1989-1993-cü illərdə rəhbərlik etmiş ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell analoji fikir ifadə etmişdi.
M.Mallen həbsxananın bağlanmasının vacibliyini qeyd edərək, demişdi ki, bu həbsxana əleyhimizə vuruşan ekstremistlərin və cihad tərəfdarlarının rəmzinə çevrilmişdi. Bununla yanaşı, o,  həbsxanada saxlanılanların buraxılmasını güclü təhlükə hesab edib, onların haraya göndəriləcəyi məsələsinin mürəkkəbliyini qeyd etmişdi. K.Pauell isə demişdir ki, vaxtilə həbsxanı Corc Buş da bağlamaq istəmiş, ancaq bu niyyətini gerçəkləşdirə bilməmişdi.
Quantanomo həbsxanasının bağlanılması B.Obamanın seçkiönü proqramının müddəalarından biri olmuşdur. Ancaq bu fikrini gerçəkləşdirmək ona müyəssər olmur. Bu ilin mayında demokrat senatorlar bu niyyətin gerçəkləşdirilməsi üçün 80 milyon dollar ayırmamışlar. Senatorlar belə hesab edirlər ki, həbsxanın bağlanması üçün konkret plan yoxdur.
Xatırladırıq ki, ABŞ-ın keçmiş vitse-prezidenti Riçard Çeyni həbsxananın  bağlanmasının qəti əleyhdarıdır.

Digər xəbərlər