PDF Oxu

Dünya

  • 15

ABŞ ordusu İraqı iyunun 30-dək tərk edəcək

ABŞ ordusu İraqı iyunun 30-dək tərk edəcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraq hökuməti ABŞ ordularının ölkənin iri şəhərlərində qalma müddətini uzatmayacaqdır. ABŞ-ın hərbi kontingenti İraqın iri şəhərlərini cari ilin 30 iyununadək tərk edəcəkdir. Məlumatı mayın 5-də İraqın baş naziri Nuri əl-Malikinin mətbuat xidməti yaymışdır.
Vaşinqton və Bağdad arasında 2008-ci ildə bağlanılmış müqavilənin şərtlərinə əsasən, ABŞ ordusu İraqın iri şəhərlərini iyunun 30-dək tərk edəcək, İraqda hərbi əməliyyatlar 2010-cu ilin avqustunadək davam edəcək və 2011-ci ilin axırlarında isə, ABŞ ordusu bütövlükdə İraq ərazisini tərk edəcəkdir.
Agentlik xatırladır ki, İraqın baş naziri Nuri Əl-Maliki ABŞ qoşunlarının İraqın iri şəhərlərindən çıxarılmasının müddətini uzatmaq hüququndadır. Baş nazirin mətbuat xidməti isə bu hüquqdan istifadə edilməyəcəyini bildirir. Mosul şəhərinin təhlükəsizliyini təmin etmək başlıca məsələlərdən biridir. ABŞ-ın İraqdakı ordusunun baş komandanı general Raymond Odiernonun aprel ayında verdiyi bəyanata görə. yaxın vaxtlarda İraq ordusu Mosulda vəziyyəti öz nəzarəti altına ala bilməyəcəkdir. Pentaqon nümayəndəsi Brayan Uitmen isə mayın 5-də belə bir bəyanat vermişdi ki, Amerika tərəf planın bütün şərtlərinə ciddi surətdə əməl edəcəkdir. İraqda vəziyyətin gərginləşməsi planın pozulmasına əngəl törətməyəcəkdir.
Agentliyin məlumatına görə, bu ilin aprelində "siyasətlə əlaqədar zorakılıq" nəticəsində İraqda 541, mart ayında 335, fevralda isə 288 mülki şəxs həlak olmuşdur.

Digər xəbərlər