Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər sakit, təhlükəsiz, rəqabətli idi və demokratiyaya doğru addım olub.
SİA-nın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili televiziya vasitəsilə müraciətində deyib.
"Mürəkkəb siyasi və qütbləşmiş seçkiqabağı mühitə baxmayaraq, Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər demək olar, sakit, ədalətli, təhlükəsiz və rəqabət mühitində keçirilib. Çox əhəmiyyətlidir ki, bu gün demokratiyaya və sabitləşməyə daha bir addım atılıb", - gürcü lider deyib.
“Gürcü Arzusu” 47 % səslə bütün Gürcüstan üzrə inandırıcı qələbə qazanıb”.
Bunu isə ölkənin Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, seçkilər uğurlu, sakit və ədalətli şəraitdə keçib, beynəlxalq müşahidəçilər tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilib.
Hökumət başçısı seçicilərə etimada görə təşəkkürünü bildirib.
İ.Qaribaşvili qeyd edib ki, seçkilərin ikinci mərhələsi 64 bələdiyyənin yalnız 20 və yaxud 31 %-də təyin olunub: “Bizim namizədlərimiz ikinci mərhələdə də qələbə əldə edəcək”.
Vəziyyət 2014-cü ilin noyabr hadisələrini xatırladır…
Heç kim fırıldaqçıya inanmır...
Çeçen lideri Rusiyanın digər bölgələrində yaşayan çeçenləri müharibəyə göndərməklə hədələyib...
Kreml danışıqlardan təsir dairələrini yenidən bölüşdürmək üçün istifadə etmək istəyir...
Noyabr danışıqlarının pərdə arxasında nələr baş verir...
Neyron şəbəkələri insan gözünün nəyi qaçırdığını görməyi öyrənir...