PDF Oxu

Dünya

  • 3 061

İqlim dəyişikliyi dünya əhalisinə təsirsiz ötüşmür

image

Dünya əhalisinin ən az 85 faizinin insan qaynaqlı iqlim dəyişikliyinin nəticələrindən təsirləndiyi bildirilib. SİA bu barədə türk mətbuatına istinad edir.

İngiltərədə yerləşən "Nature Climate Change" jurnalında nəşr olunan araşdırmaya görə, tədqiqatçılar qlobal istiləşmə ilə əlaqəli ola biləcək hadisələrin 100 mindən çox araşdırmasını təhlil ediblər.

Daşlaşmış yanacaq istifadəsi və digər karbon emissiya mənbələrinin səbəb olduğu temperatur və yağış dəyişikliyi məlumatları ilə müqayisə edən tədqiqatçılar ekstremal hava hadisələri ilə insan fəaliyyətləri arasında güclü əlaqə qurublar.

Məhsul çatışmazlığı, daşqınlar və istilik dalğaları kimi hadisələrə yönəlmiş vahid tədqiqatlarla qlobal istiləşmənin quru ərazilərin 85 faizinə təsir etdiyi qənaətinə gəliblər.

Hesabatda Amerika Birləşmiş Ştatlarından (ABŞ) Cənubi Sudana qədər demək olar ki, hər yerdə iqlim dəyişikliyinin göründüyü və diqqət cəlb etdiyi vurğulanıb.

Araşdırmanın 31 iyul-12 noyabr tarixlərində Şotlandiyanın Qlazqov şəhərində dövlət başçıları, dövlət və özəl sektor nümayəndələrinin yüksək səviyyəli iştirakı ilə keçiriləcək Birləşmiş Millətlərin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Tərəflər Konfransı (COP26) əvvəlində yayılması diqqət çəkib.

2015-ci ildə imzalanan COP26 istixana qazlarının azaldılması, bərpa olunan enerji istehsalının sürətləndirilməsi, qlobal istiləşmənin 2 dərəcə "aşağı" səviyyəsinə endirilməsi, hətta 1,5 dərəcəyə qədər məhdudlaşdırılması və yoxsul ölkələrə maliyyə yardımı göstərmək kimi məqsədlər qoyur. İqlim dəyişikliyinin təsirləri ilə mübarizə Paris İqlim Sazişindən bu yana əldə edilən irəliləyişi qiymətləndirən ilk zirvə olacaq.

Digər xəbərlər

Kreml üçün yeni bir böhran…

Bu, kritik infrastrukturda daha bir maneədir…

Putin gülünc vəziyyətə salındı..?

Bu, Kremlin Ukrayna şəhərlərini “ələ keçirməsini” ilk dəfə uydurması deyil...

Madyar Moskvaya qarşı çıxdı...

Macarıstanda Orban dövrü başa çatdı...

Moskva əhəmiyyətli ərazi qazanclarına nail ola bilmədi

Britaniya kəşfiyyatı Rusiyanın müharibədəki itkilərini 1,5 milyon nəfər olaraq qiymətləndirib...

O, güclə yeriyə bilir: Kadırovun vəziyyəti kəskin şəkildə pisləşib...

Çeçenistan lideri Moskvada görünməyi tamamilə dayandırıb...

Sankt-Peterburq Ukrayna qüvvələrinin hücumlarına hazırlaşır...

Şəhərdə doqquz metro stansiyası bomba sığınacağı kimi uyğunlaşdırılır...

Çin niyə Misirə pul qoyur?

Pekin üçün Misir regional böhranlar və beynəlxalq sistemin transformasiyası fonunda Yaxın Şərqdə və Afrikada Çinin iştirakını genişləndirmək strategiyasının vacib elementinə çevrilir...

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib Hər imperiya eyni şəkildə bitir...