Böyük Britaniya hakimiyyəti Rusiya silahlı qüvvələrinin Oddesaya hücumu halında şəhəri qorumaq üçün Ukraynaya silah, o cümlədən gəmi əleyhinə raketlər göndərmək niyyətindədir.
SİA xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən "Times" qəzeti yazır.
"Ukraynalılar Qara dəniz bölgəsi üçün öldürücü silahlarla bağlı kömək istəyiblər. Bizdə onlara lazım olanların siyahısı var. Biz bunu mümkün qədər təmin etməyə çalışırıq", - yüksək rütbəli hökumət rəsmisi nəşrə bildirib.
Hökumət rəsmisinin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Boris Conson Almaniya və Fransadakı həmkarlarından fərqli olaraq deyib ki, “Volodimir Zelenski istədiyi hər şeyi, əgər varsa, Britaniyadan alacaq”.
Qəzetin yazdığına görə, söhbət Britaniya Kral Donanmasının istifadə etdiyi “Harpoon” gəmi əleyhinə raketlərdən, Ukrayna sahillərində yerləşən gəmiləri hədəfə ala bilən sensorlu raketlərdən, eləcə də daxil olan artilleriya mərmilərini məhv edəcək vasitələrindən gedir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...