PDF Oxu

Dünya

  • 2 509

“Kiyev rusları Donbassda “nokauta” sala bilər..?”

Ukraynadakı münaqişənin nə qədər davam edəcəyini “heç kim bilmir”, lakin bunun “illərlə davam edə biləcəyinə” hazır olmaq lazımdır

image

...Hazırda müasir silahların tədarükü Ukrayna qoşunlarına Donbass üzərində nəzarəti bərpa etmək və bununla da münaqişənin “illərlə” uzana biləcəyinə imkan verə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq istisna etmir ki, “...daha ​​müasir silahlarla təchiz olunan Kiyev Donbass ərazisindəki rus qoşunlarını “nokauta” sala bilmə ehtimalını artıra bilər”.

Maraqlıdır ki, Stoltenberq NATO-nun Ukraynanın özünümüdafiəsinə dəstəyini davam etdirəcəyini, lakin münaqişənin bir hissəsi olmayacağını gizlətmir.

O, bir daha hərbi-siyasi blokun, yəni NATO öz qoşunlarını Ukraynaya göndərməyəcəyini bəyan edir.

Baş katib həmçinin rəhbəri olduğu alyansın Rusiya Federasiyasının nüvə qüvvələrinin daha yüksək səviyyədə hazırlığa başladığını görmədiyini də etiraf edir.

Onun sözlərinə görə, Ukraynadakı münaqişənin nə qədər davam edəcəyini “heç kim bilmir”, lakin bunun “illərlə davam edə biləcəyinə” hazır olmaq lazımdır.

Yeri gəlmişkən xatıarladaq ki, bir müddət bundan əvvəl Stoltenberq Rusiya üçün elə də bir təhlükə yaratmayan Ukraynanın öz ölkəsinin müdafiəsi çərçivəsində apardığı mühüribəni ədalətli müharibə kimi xarakterizə etmişdi.

...Və sonda, “Ukraynada sülh mümkündür. Məsələ onun qiymətinin nə olacağıdır: biz bu sülh üçün nə qədər ərazi, azadlıq və demokratiya ödəməyə hazırıq. NATO Ukraynanın Rusiya ilə danışıqlar masasında mövqeyini gücləndirmək üçün yardım etmək niyyətindədir”.

Qeyd edək ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Finlandiyanın paytaxtı Helsinkidə keçirilən mətbuat konfransında səsləndirib.

Ağasəf Babayev

Digər xəbərlər

Putin hakimiyyətinin əsas “nəticəsi”...

“Əsas”lardan birinə dəstək demək olar ki, üç dəfə azalıb...

The Telegraph: Rusiyanın ABŞ Məxfi Xidmətinə sızmaq planı ifşa edilib

Təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs cəzası gözləyir...

Verxniy Larsda böyük bir növbə yaranıb...

...səfərbərlik qorxusu səbəbindən mindən çox rus Gürcüstana girməyə çalışır

Gülməli insanlar...

Lazım gələrsə, Volodin qışqıracaq: “Hazırlaşın!”

Rusiyada hərbi vəziyyət elan etmək barədə söhbətlər gedir

Ukraynalı ekspert şayiələrin səbəbini izah etdi...

Yuri Felştinski: Putin taktikasını dəyişir...

Kremlin NATO və Aİ-yə qarşı əsas məqsədi eyni olaraq qalır...

Kreml müharibə veteranlarının deputat seçilməsini tərifləyib...

Yeni Dumadakı hər on deputatdan birinin “xüsusi hərbi əməliyyat” iştirakçısı" olduğu ortaya çıxıb. Putinin mətbuat katibi bildirib ki, yeni qərarların hazırlanmasında işğalçıların təcrübəsi tələb olunacaq...