PDF Oxu

İdman

  • 524

Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir

image

"Mercedes"in britaniyalı pilotu Corc Rassellin "Formula 1"in cari mövsümünün 15-ci mərhələsi - Bakıdakı Azərbaycan Qran-prisindəki qələbəsi yarışlar tarixində ən yaxın finişlərin top-10-luğuna daxil edilib. Bu barədə SİA yarışın mətbuat xidmətinə istinadən məlumat verir.

Britaniyalı ikinci yerdə finişə çatan niderlandlı Maks Ferstappeni ("Red Bull") 0,196 saniyə üstünlüklə üstələyib ki, bu da çempionatda 2002-ci ildən bəri ən sıx finiş olub.

Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərin siyahısında onuncu yeri tutub.

Bu reytinqdə doqquzuncu yerdə 2002-ci ilin Avstriya Qran-prisidir. Yalnız qalib gələn Mixael Şumaxer ikinci yeri tutan Rubens Barrikellonu 0,182 saniyə qabaqlayıb. Rekord 1971-ci ildə İtaliya Qran-prisində müəyyən edilib. O zaman Piter Qetin Ronni Petersondan 0,010 saniyə tez çatıb.

Mətləb

Digər xəbərlər