PDF Oxu

İdman

  • 591

"Sabah bizi çox önəmli oyun gözləyir" - Mahir Emreli

image

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində sabah saat 17:00-da səfərdə Litva yığması ilə qarşılaşacaq.

SİA xəbər verir ki, millimizin futbolçusu Mahir Emreli matçdan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb. Hücumçu rəqibi dəyərləndirərək komandanın hazırlıq prosesindən danışıb. SİTAT: "Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq".

Mətləb

Digər xəbərlər