PDF Oxu

Dünya

  • 2 917

Tayvan ətrafında Çinin hərbi təyyarə və döyüş gəmiləri görünüb

image

Tayvan Müdafiə Nazirliyindən verilən məlumata görə...

Tayvan avqustun 13-də gün boyu adanın ətrafında Çinə məxsus 29 hərbi təyyarə və 6 döyüş gəmisinin göründüyünü bildirib.SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyindən verilən məlumata görə, adanın ətrafında görünən təyyarələrdən 13-ü Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı hesab edilən hava və dəniz xəttinin şərqinə və Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasının (ADIZ) cənub-qərb hissəsinə uçub.Çinin hava və dəniz vasitələri elektron izləmə cihazları, patrul təyyarələri, gəmi və yerüstü raket sistemləri ilə izlənilir.Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2 və 3-də Tayvana səfərindən sonra Çin adanın ətrafındakı 6 bölgədə hərbi təlimlər keçirib, faktiki blokada yaradıb.Çin ordusu avqustun 10-da təlimlərin başa çatdığını açıqlasa da, Tayvan boğazında hərbi patrul fəaliyyəti davam edir.

sia.az

Digər xəbərlər

Putin hakimiyyətinin əsas “nəticəsi”...

“Əsas”lardan birinə dəstək demək olar ki, üç dəfə azalıb...

The Telegraph: Rusiyanın ABŞ Məxfi Xidmətinə sızmaq planı ifşa edilib

Təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs cəzası gözləyir...

Verxniy Larsda böyük bir növbə yaranıb...

...səfərbərlik qorxusu səbəbindən mindən çox rus Gürcüstana girməyə çalışır

Gülməli insanlar...

Lazım gələrsə, Volodin qışqıracaq: “Hazırlaşın!”

Rusiyada hərbi vəziyyət elan etmək barədə söhbətlər gedir

Ukraynalı ekspert şayiələrin səbəbini izah etdi...

Yuri Felştinski: Putin taktikasını dəyişir...

Kremlin NATO və Aİ-yə qarşı əsas məqsədi eyni olaraq qalır...

Kreml müharibə veteranlarının deputat seçilməsini tərifləyib...

Yeni Dumadakı hər on deputatdan birinin “xüsusi hərbi əməliyyat” iştirakçısı" olduğu ortaya çıxıb. Putinin mətbuat katibi bildirib ki, yeni qərarların hazırlanmasında işğalçıların təcrübəsi tələb olunacaq...