İqtisadiyyat

  • 4 136

Yevlaxda 470 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib

image

Yevlax rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.Yevlax rayon statistika idarəsində AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon üzrə 8027 hektar sahədə payızlıq şum qaldırılıb. 470 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 260 hektarda xəsil arpa, 210 hektarda dən üçün arpa səpilib. Bundan başqa dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 139,9 hektar sahədə təkrar əkin aparılıb.
AZƏRTAC

Digər xəbərlər