Xəbərlər

  • 4 768

“Jurnalistlərə mənzillərin verilməsi Prezident İlham Əliyevin humanistliyinin bariz nümunəsidir”

image

“22 İyul - Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin humanistliyinin daha bir bariz nümunəsidir”. SİA xəbər verir ki, bunu trend-ə açıqlamasında “Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib. Baş redaktor bildirib ki, Prezident İlham Əliyev bu addımı ilə hər bir vətəndaşın prezidenti olduğunu bir daha təsdiqlədi: “Öncə Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm. Hər birimizə məlumdur ki, Azərbaycan mətbuatının inkişafında Prezident İlham Əliyevin xüsusi əməyi var. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi qayğının Prezident İlham Əliyev tərəfindən bu gün davam etdirilməsidir. Cənab Prezidentimizin jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımların davamı olaraq, bu dəfə də media nümayəndələrinə mənzillərin verilməsi Azərbaycan jurnalistlərinin əməyinin qiymətləndirilməsidir”.

B.Quliyev qeyd edib ki, bu, eyni zamanda Prezidentin humanizm siyasətinin bariz göstəricisidir: “Hesab edirəm ki, dövlət azad sözün, mətbuatın inkişafında öhdəsinə düşən işi artıqlaması ilə yerinə yetirib. Azərbaycanda mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza mövcuddur, eyni zamanda azad sözün, azad mətbuatın inkişafında dövlət başçısının liderlik xüsusiyyəti, iradəsi də ortadadır. Cənab Prezidentin mətbuata olan qayğısı da jurnalistlərin diqqətindən yayınmayıb, artıq üçüncü ildir ki, İlham Əliyev jurnalistlərin dostu elan edilir. Mən “SƏS” qəzetinin kollektivi adından cənab Prezidentə minnətdarlığımı bildirirəm və jurnalist əməyinə verdiyi qiymətə görə Ona təşəkkür edirəm”.

Digər xəbərlər