Siyasət

  • 682

Qusarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının101-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

image

Qusar rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev açaraq Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdi.
YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə aqrar sektordakı inkişaf, kənd təsərrüfatı istehsalında nəzərə çarpan müsbət dəyişikliklərdən bəhs etdi.
Tədbirdə çıxış edən fermer, toxumçu Jalə Əmirbəyova, "Galagro" MMC-nin direktoru Eynulla Musayev və təcrübəli təsərrüfatçı Zahiddin Ağabəyov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, xalqın rifah halının yüksəldilməsində misilsiz xidmətlərindən, o cümlədən aqrar sahənin inkişafına göstərdiyi qayğı və diqqət, kadrların seçilib yerləşdirilməsində, kənd təsərrüfatının sənaye təməli üzərinə keçirilməsində həyata keçirdiyi köklü dəyişikliklər, əsaslı tədbirlər haqqında danışdılar.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Heydər Əliyevin 100 illiyi münasibətilə Nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində hazırlanmış “Azərbaycanda Aqrar sahənin inkişafında Ümumilli lider Heydər Əliyevin rolu” adlı kitabın təqdimatı da keçirildi.
Tədbirin sonunda eyniadlı videomaterial nümayiş etdirildi.

Digər xəbərlər