Siyasət

  • 765

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə müəllimlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - ŞƏRH

image

May ayının 8-də YAP Biləsuvar rayon təşkilatı aparatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ciildönümü münasibətilə “Heydər Əliyevin Azərbaycançılıq idelogiyası və müasir Azərbaycan dövləti” mövzusunda rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri və münsiflər heyəti ilə görüş keçirilib. Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon üzrə təhsil sektorunun müdiri Anar Xammədov, inşa yazı müsabiqəsinin münsiflər heyəti və qalibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatı sədriKamil Qurbanlı qarşıdan Ulu Öndər Heydər Əliyevin doğum gününün gəldiyini qeyd edərək,onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini vurğulayıb. YAP rayon təşkilatı sədri bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra məhz Ulu öndərin gərgin əməyi və titanik fəaliyəti nəticəsində ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən xaos aradan qaldırılıb, onun müəyyən etdiyi inkişaf strategiyası dövlətimizin müstəqilliyini möhkəmlətməklə yanaşı, sürətli inkişafın əsasını qoyub. Ulu Öndərin bu siyasətini uğurla davam etdirən, onun ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atan Azərbaycan bütün çətinlikləri aradan qaldıraraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. K.Qurbanlı münsiflər heyətini inşa yazı müsabiqəsinin nəticələrini obyektiv qiymətləndirdiklərinə görə təşəkkürünü bildirərək, qalibləri təbrik etdi. Tədbir iştirakçıları müsabiqənin təşkilinə və nəticələrinə görə minətdarlıqlarını bildirdilər.

Sonda qaliblər YAP Biləsuvar rayon təşkilatı tərəfindən təltif olunaraq, hədiyələrlə mükafatlandırıldılar. YAP rayon təşkilatının qərarı ilə müsabiqənin keçirilməsindəki xidmətlərinə görə münsiflər heyətinin üzvləri də təşəkkürnamə ilə təltif edildilər. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, may ayının 6-daŞirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon üzrə təhsil sektorunun təşkilatı dəstəyi ilə keçirilmiş müsabiqədə rayonunümumtəhsil müəssisələrində çalışan 20 nəfər müəllim iştirak etmişdi. Müvafiq qiymətləndirmədən sonra Ağayrı kənd V.Rüstəmov adına tam orta məktəbin müəllimi Qəhrəmanova Səidə Yaşar qızı I yer, Çaylı kənd Ə.Hüseynov adına tam orta məktəbinmüəllimi Əliyeva Aidə Telman qızı II yer, Xırmandalı kənd C.Məhərrəmov adına 1 nömrəli tam orta məktəbin müəllimi Şammədova Yaqut Qəribəli qızı isə III yerə layiq görülüblər.

Digər xəbərlər