Siyasət

  • 1 082

YAP Kürdəmir rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilətədbir keçirilib

image

08 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə “Tarixi qayıdışın və xilaskarlıq missiyasının uğur düsturu” adlı tədbir keçirilib.

Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiya veteranları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki,Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın hazırkı iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində qayıdış dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ayaz Cəbrayılov vurğulayıb ki, Azərbaycanın hər bir sahədə qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2023-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Azərbaycanın çoxəsrlik tarixinin hər bir səhifəsinin vərəqlənməsinə, öyrənilməsinə, yeni araşdırmaların aparılmasına, eyni zamanda, yeni kitabların çap olunmasına geniş imkanlar açdı. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları, yeniliyi özündə ehtiva edən addımları ilə Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi.

Daha sonra çıxış edən natiqlər – ərazi partiya təşkilat sədri Vaqif Alıyev,YAP üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, YAP üzvü, “Tərəqqi” medallı, şəhər 3 saylı tam orta məktəbin müəllimi Əsbət Musayeva və YAP-ın fəal gənci, “Kürdəmir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat AğarəhimovÜmummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışaraq bu istiqamətdə görülən işlərə diqqət çəkiblər. Onlar vurğulayıblar ki, müasir, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. İnkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin şərəfli mərhələsini təşkil edir.

Sonra rayon təşkilatının sədri Ayaz Cəbrayılov rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına “Fəxri Fərman”lar təqdim edərək onları təbrik etdi və siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Digər xəbərlər