Xəbərlər

  • 6 351

Azad Rəhimov: Azərbaycanın əzəli torpağı olan Qarabağın adını öz klublarında yaşatmaqla bərabər, futbolçularımız bu klubun adını tarixə də yaza bildilər

image

"Qarabağ" futbol klubunun qələbəsi Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu. Bunu Trend-ə gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov vurğulayıb ki, Azərbaycanın əzəli torpağı olan Qarabağın adını öz klublarında yaşatmaqla bərabər, futbolçularımız bu klubun adını tarixə də yaza bildilər:
“Dünən minlərlə insan qələbə sevincini bölüşmək üçün bir araya gəldi. Mən bütün komandamıza bizə bu qürur hissini yaşatdıqlarına görə təşəkkür edirəm, onları ürəkdən təbrik edirəm və yeni qələbələr arzulayıram”.

yap.org.az

Digər xəbərlər