Xəbərlər

  • 3 599

Siyavuş Novruzov: “İlham Əliyev alternativsiz liderdir!”

image

“Ölkəmizin müasir siyasi tarixində növbəti əhəmiyyətli hadisə yaşandı və ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının VI qurultayında siyasi təşkilatımızın Sədri, Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürüldü. Artıq bu gündən O, həm partiyamızın 700 minlik üzvlərinin, həm də bütövlükdə xalqımızın alternativsiz lideri olaraq aprel ayının 11-də keçiriləcək seçkilərdə möhtəşəm qələbəyə doğru inamla addımlayacaq”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, bu seçim eyni zamanda xalqın seçimidir və xalq-hakimiyyət birliyinin bariz təcəssümüdür: “Bütövlükdə, Prezident İlham Əliyevin alternativsiz lider olması bir sıra əhəmiyyətli məqamlara söykənir. Ölkəmizdə uzun illərdir ki, ictimai-siyasi sabitlik mövcuddur, iqtisadi qüdrətimiz dünyanın ən aparıcı dövlətləri ilə eyni sırada dayanır, Azərbaycan bir sıra nüfuzlu sorğu mərkəzlərinin keçirdiyi sorğularına görə ön pillələrdə yer alır və bu kimi uğurlarımız minlərlədir. Əbəs deyil ki, Azərbaycan istər Qafqaz regionunda, istərsə də dünyada lider ölkəyə və söz sahibinə çevrilib. İstər regional, istərsə də daha böyük istiqamətlərdə görülən işlər, reallaşdırılan layihələr bu liderliyin məntiqi nəticəsidir. Əlbəttə ki, eyni zamanda bütün bunların əsası bilavasitə Prezident İlham Əliyevin müdrik, qətiyyətli və uzaqgörən siyasətinə söykənir. Ümumiyyətlə isə O, hər bir azərbaycanlının Prezidenti, xalqına verdiyi vədlərinə əməl edən əvəzsiz liderdir”.
Siyavuş Novruzov onu da bildirib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irəliləyişlərə, diplomatik uğurlara nail olub, bundan sonra da davamlı şəkildə nailiyyətlər əldə ediləcək: “Mən xüsusilə, 2016-cı ilin aprel döyüşlərində Ali Baş Komandanımızın rəhbərliyi altında azad edilən torpaqlarımızda, Cocuq Mərcanlıda başlayan nəhəng quruculuq və abadlıq işlərini vurğulamaq istərdim. Bu gün azad olunmuş ərazilərimizin yüksək nöqtələrində üçrəngli bayrağımız qürurla dalğalanır. Bizlər əminik ki, bu bayrağımız yaxın zamanlarda Xankəndidə, Şuşamızda da dalğalanacaq”.
YAP-ın İcra katibinin müavini bildirib ki, Azərbaycan xalqı aprelin 11-də keçiriləcək növbədənkənar seçkilərdə hər zamankı kimi fəallıqla iştirak edəcək: “Əminəm ki, həmin gün xalqımızın fəal iştirakı ilə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi ilə nəticələnəcək”.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər