Birinci Divizion təmsilçiləri “Xəzər” və MOİK klubları yoxlama oyunu keçiriblər. SİA-nın məlumatına görə, sözügedən komandalar “Dalğa Arena”da üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşma 4:4 hesabı ilə başa çatıb. "Xəzər"in heyətində Bəxtiyar Soltanov, Aydın Qasımov (2) və Fuad Məmmədzadə fərqləniblər.
sia.az