Xəbərlər

  • 3 786

ÇL-in 1/4 finalının cavab oyunlarına start veriləcək

image

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start veriləcək. SİA-nın məlumatına görə, keçiriləcək iki oyunla yarımfinalın iki iştirakçısı bilinəcək.

“Roma” öz meydanında “Barselona”nı qəbul edəcək. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxındır.
Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edəcək. Liverpulda keçirilən ilk görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşən Xosep Qvardiolanın komandasının budəfəki oyunu maraqla gözlənilir.
10 aprel
22:45. "Roma" - "Barselona"
İlk oyun – 1:4
Baş hakim: Kleman Türpen (Fransa)
22:45. "Mançester Siti" – "Liverpul"
İlk oyun - 0:3
Baş hakim: Antonio Mateo Lahoz (İspaniya)
11 aprel
22:45."Real" – "Yuventus"
İlk oyun - 3:0
Baş hakim: Maykl Oliver (İngiltərə)

22:45. "Bavariya" - "Sevilya"
İlk oyun - 2:1
Baş hakim: Uilyam Kollum (Şotlandiya)

sia.az

Digər xəbərlər