Xəbərlər

  • 3 925

İqor Olefirenko: Bakı marafonunun qalibi olduğum üçün çox xoşbəxtəm

image

Bakı marafonunun qalibi olduğum üçün çox xoşbəxtəm. Çətin olsa da, əzmkarlıq nümayiş etdirib birinci olmağı bacardım.

Bu sözləri “Bakı Marafonu-2018”in qalibi olan ukraynalı idmançı İqor Olefirenko yarışla bağlı təəssüratlarını bölüşərkən söyləyib.
“Rio-2016” Yay Olimpiya Oyunlarının da iştirakçısı olan ukraynalı atlet Bakının çox gözəl şəhər olduğunu bildirərək deyib: “İlk dəfədir Azərbaycanda oluram. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Marafon yüksək səviyyədə təşkil olunub. Bakıya gələrkən qalib olacağıma inanmırdım. Ancaq yarış başlayandan liderlər qrupunda yer aldım.
Bir müddət əvvəl London keçirilən marafonda iştirak etdiyini bildirən Ukrayna idmançısı növbəti illərdə də Bakıda təşkil olunacaq marafona qatılcağını vurğulayıb.

yap.org.az

Digər xəbərlər